8 noyabr 2025 - 17:14
Source: IRNA
“Ölüm zirzəmiləri”nin ifşası – The Guardian: İsraildə fələstinli əsirlər yeraltı işgəncələrə məruz qalır

Qəzet yazır ki, onlarla fələstinli məhkəməsiz və günəş işığına çıxmadan, aylarla qaranlıq zirzəmilərdə aclığa və planlı işgəncələrə məruz qalaraq həyatını itirir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İngiltərənin The Guardian qəzetinin sarsıdıcı hesabatı İsrail rejiminin yeraltı həbsxanalarındakı dəhşətli şəraiti üzə çıxarıb.

Qəzet yazır ki, onlarla fələstinli məhkəməsiz və günəş işığına çıxmadan, aylarla qaranlıq zirzəmilərdə aclığa və planlı işgəncələrə məruz qalaraq həyatını itirir.

Məlumata görə, “Rəmle” şəhəri yaxınlığında yerləşən gizli “Rəkift” adlı həbsxana təbii işığın daxil olması üçün heç bir pəncərəsi olmayan və bütün kameralardan tutmuş görüş otaqlarına, hətta hava almaq üçün nəzərdə tutulan kiçik həyətə qədər hər şeyin yerin altında yerləşdiyi bir məkandır.

The Guardian qeyd edir: “Rəkift” həbsxanası 1980-ci illərdə İsrailin ən təhlükəli məhbuslarını saxlamaq üçün tikilib, lakin qeyri-insani şəraitə görə qısa müddət sonra bağlanıb. Bununla belə, 7 oktyabr 2023-cü il hadisələrindən sonra İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bu həbsxananın yenidən açılması barədə göstəriş verib.

Qəzetin məlumatına görə, İsraildə İşgəncələrə Qarşı İctimai Komitənin vəkilləri ilə görüşən ən azı iki məhbus “harada saxlanıldıqlarını hələ də bilmirlər” və onlara ailələri və ya müharibə barədə danışmaq qadağandır. Həmin məhbuslardan biri – xəstəxanada işləyərkən saxlanılan 34 yaşlı tibb bacısıdır ki, yanvar ayından bəri günəş işığını görməyib.

Sizin rəyiniz

You are replying to: .
captcha