Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü cənab İsmayıl Bəqayi, ABŞ prezidentinin İsrailin İrana qarşı hərbi təcavüzünə görə məsuliyyəti öz üzərinə götürməsi ilə bağlı açıqlamasına münasibət bildirərək yazıb: Elə əvvəldən aydın idi ki, ABŞ İsrailin İran xalqına qarşı törətdiyi təcavüz cinayətində tam şəkildə iştirak edib.
O, “X” sosial şəbəkəsində paylaşımında qeyd edib: Xatırlayırsınızmı, ABŞ-nin dövlət katibi Marko Rubio 2025-ci il iyunun 13-də demişdi ki, Vaşinqtonun sionist rejiminin İrana qarşı təcavüzkar və terrorçu əməlində heç bir rolu yoxdur və xüsusi vurğulamışdı ki, bu, İsrailin bir tərəfli addımıdır və biz İran əleyhinə hücumlarda iştirak etmirik’?
İndi isə ABŞ prezidenti açıq şəkildə mən tam məsuliyyət daşıyıram deməklə, öz dövlət katibinin yalanını ifşa edib və əslində etiraf edib ki, Vaşinqton bu əməliyyata elə əvvəldən rəhbərlik edib.
Sizin rəyiniz