Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi və səfiri Əmir Səid İrəvani ABŞ Prezidenti Donald Trampın İsrailin İrana qarşı təcavüzündə öz rolunu etiraf etməsindən sonra BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda bildirib: ABŞ-nin ən yüksək səviyyəli rəsmisi tərəfindən səsləndirilən bu cinayət xarakterli etiraf, ABŞ-nin bu təcavüzkar hərəkətlərə görə beynəlxalq məsuliyyətini və hüquqi təqsirini sübut edən açıq, beynəlxalq hüquqi nəticələrə malik və inkarolunmaz dəlildir.
İran İslam Respublikasının BMT-dəki ali diplomatı əlavə edib; Bu məsələ həmçinin İran İslam Respublikasının ABŞ və onun rəsmilərinin tam cavabdehliyinin təmin edilməsi, habelə beynəlxalq hüquq normalarına uyğun olaraq şəhid olanlar, yaralananlar və İran İslam Respublikasına və onun xalqına dəyən bütün zərərlərə görə tam təzminatın ödənilməsini tələb etmək məqsədilə mövcud bütün beynəlxalq hüquqi mexanizmlərdən istifadə etmək kimi təbii və suveren hüququnu bir daha təsdiqləyir.
Sizin rəyiniz