Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qüds Xəbər Agentliyinin məlumatına görə, sionist siyasi analitik və yazıçı Arye Şabit bildirib ki, əgər Haredilər (Pravoslav Yəhudilər) orduda xidmət etməsələr, İsrail daxildən çökəcək.
Bu açıqlamalar Haredi partiyalarının ötən cümə axşamı işğalçı ordudakı davamçıları üçün məcburi hərbi xidmətə etiraz olaraq keçirdiyi milyonlarla nümayişdən sonra verilib.
Sionist yazıçı əlavə edib ki, Haredi hərəkatlarının liderləri mövcudluqlarını qorumaq üçün məsuliyyəti qəbul etməli və İsrail kabineti qarşısındakı vəzifələrini yerinə yetirməli olduqlarını başa düşməlidirlər; lakin baş verənlər bunun tam əksi oldu.
O, əlavə edib ki, işğal olunmuş ərazilərdəki Haredi davamçılarının lideri Rabbi İsaak Yusif hərbi əmr alan hər bir gənc Haredidən onu cırıb zibil qutusuna atmalarını istəyib.
İsrailli yazıçının sözlərinə görə, Haredi qurumlarının, onların ravvinlərinin və siyasətçilərinin son iki ildəki davranışları cəmiyyəti sarsıdıb; onların hərbi xidmətdən kütləvi şəkildə yayınmaları və ya kabinetə qarşı itaətsizlik və çıxarılan fərmandan boyun qaçırmalarını qəbul etmək və kabinet qarşısındakı vəzifələrini yerinə yetirməmələrinə göz yummaq artıq dözülməzdir.
Qeyd edək ki, ötən cümə axşamı yüz minlərlə pravoslav yəhudi işğalçı orduda məcburi xidmətə etiraz olaraq işğal olunmuş Qüds şəhərinin girişində nümayiş keçirib. Nümayiş işğalçı qüvvələrin şəhərin girişlərinin və əsas küçələrinin geniş şəkildə bağlandığını elan etdiyi bir vaxtda baş tutub.
Sizin rəyiniz