Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Naziri Seyyid Abbas Əraqçi cənabları həmkarı Sudan Xarici İşlər Naziri ilə telefon danışığı zamanı bildirib: “Terrorizm və günahsız insanlara qarşı zorakılıq dünyanın istənilən yerində və istənilən formada daim pislənməlidir.”
O qeyd edib: “Bəzi tərəflər terrorçuları “yaxşı” və “pis” terrorçu olmaqla iki yerə bölür və öz maraqlarını təmin etmək üçün, onların çirkli işlərini həyata keçirən bəzi terrorçu qrupları dəstəkləyirlər.”
Naziri Seyyid Abbas Əraqçi son olaraq vurğulayıb: “Qərb dövlətləri tərəfindən uzun müddətdir davam etdirilən bu təəssüf doğurucu ikili standartlar daha 2025-ci ildə yer verilməməlidir.”
Sizin rəyiniz