21 oktyabr 2025 - 14:30
Tramp: Ukraynanın Rusiyanı məğlub edə biləcəyinə şübhə edirəm

ABŞ prezidenti deyir ki, Ukraynanın Rusiyanı məğlub edə biləcəyinə inansa da, indi bunun baş verəcəyinə şübhə edir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “Associated Press”in məlumatına görə, ABŞ prezidenti Donald Tramp Ukraynanın davam edən müharibədə Rusiyanı məğlub edə bilməyəcəyi ilə bağlı qeyri-müəyyən açıqlamalar verib.

Trampın son açıqlaması Kiyevlə bağlı əvvəlki şübhələrini daha da artırdı və bu elə bir halda baş verir ki, o, Ukrayna müharibəsinə son qoymaq məqsədilə yaxın həftələrdə Macarıstanın paytaxtı Budapeştdə Rusiya prezidenti Vladimir Putinlə yenidən görüşməyi planlaşdırır.

Ağ Evdə Avstraliyanın baş naziri Entoni Albanese ilə görüşündən əvvəl Tramp jurnalistlərə deyib: “Onlar (Ukrayna) hələ də qalib gələ bilərlər. Bunun baş verəcəyini düşünmürəm, amma qalib gələ bilərlər.”

Tramp ötən ay Ukraynanın ərazilərini verməli olduğu və Rusiyanın işğal etdiyi bütün əraziləri geri almağa qadir olduğu barədə çoxdankı mövqeyini dəyişdi. Bununla belə, keçən həftə Putinlə uzun söhbətdən və daha sonra Ukrayna prezidenti Zelenski ilə görüşdən sonra Tramp Kiyev və Moskvanı “cəbhə xəttində döyüşləri dayandırmağa” və müharibəyə son qoymağa çağıraraq kursunu yenidən dəyişdi.

O, həmçinin Ukraynanın müharibədəki şanslarını pis dəyərləndirib və deyib: “Mən heç vaxt deməmişəm ki, onlar qalib gələcəklər. Dedim ki, edə bilərlər. Hər şey ola bilər. Bilirsiniz, müharibə çox qəribə bir şeydir!”

Sizin rəyiniz

You are replying to: .
captcha