Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi və Əfqanıstanın xarici işlər naziri Mövləvi Əmir Xan Müttəqi bu gün, şənbə günü telefon danışığında son regional hadisələri və ikitərəfli əlaqələri müzakirə ediblər.
Ölkəmizin xarici işlər naziri Əfqanıstan və Pakistan arasında baş verən son hadisələr və münaqişələrdən narahatlığını ifadə edərkən, təmkinli olmağın, münaqişələrin dayandırılmasının, fikir ayrılıqlarının dialoq və danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayıb.
O, qeyd edib ki, iki müsəlman ölkəsi arasında gərginliyin davam etməsi insan tələfatı ilə yanaşı, bütün regionun sabitliyini təhlükə altına qoyur.
Əraqçi həmçinin İran İslam Respublikasının gərginliyin azaldılmasına və iki qardaş və müsəlman ölkəsi arasında konstruktiv dialoqa kömək etməyə hazır olduğunu açıqlayıb.
Bu söhbətdə Əfqanıstanın xarici işlər naziri də son hadisələrlə bağlı məlumat verib və Əfqanıstan İslam Əmirliyinin hərbi münaqişələrdən daha çox dialoq və sülh yoluna üstünlük verdiyini bildirib.
Sizin rəyiniz