16 oktyabr 2025 - 17:14
Pezeşkian: Raket və nüvə enerjisini bu torpağın övladları yaradıb

Pezeşkiyan bildirib ki, “biz bacararıq” inamını formalaşdırmaq və möhkəmləndirmək lazımdır. Bilməliyik ki, məktəb tikintisi məqsəd deyil, ilkin zəmin və inkişaf üçün meydandır. Biz elə şərait yaratmalıyıq ki, övladlarımız orada böyüyüb inkişaf etsinlər”.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Bir günlük səfər çərçivəsində İsfahana gedən Məsud Pezeşkian məktəb tikintisinə dəstək verən xeyriyyəçilərin festivalında çıxış edərək deyib: “Cəmiyyətdə ‘biz bacararıq’ düşüncəsini möhkəmləndirməliyik və hər kəsə ölkənin qurulması və islahında iştirak etməyə şərait yaratmalıyıq. Raket və nüvə enerjisini bizim övladlarımız yaratdılar, deməli, bu bacarıq İran övladlarında mövcuddur.”

Pezeşkian əlavə edib: “Biz sadiq, sağlam, ilhamverici, cəsarətli və bu torpağa bağlı, vətənpərvər övladlar yetişdirməliyik. Əgər uşaqlarımız bu inama sahib olsalar, bu torpaqdan qızıl yaradacağıq.”

Sizin rəyiniz

You are replying to: .
captcha