Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA Xəbər Agentliyinin verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) İsrail ordusunun iki illik müharibəsi zamanı Qəzza zolağında 56 min uşağın bir və ya hər iki valideynini itirdiyini açıqlayıb.
UNICEF son hesabatında iki ildir davam edən bombardmanların və müharibənin Qəzza zolağında fəlakətli dağıntılara səbəb olduğunu və 64 mindən çox uşağın öldüyünü və ya yaralandığını açıqlayıb.
Bəyanatda əlavə edilib: Qəzza zolağında 5 yaşından kiçik 320 000 uşaq kəskin qida çatışmazlığı riski altındadır və 56 000-dən çox uşaq valideynlərindən birini və ya hər ikisini itirib.
UNICEF elan edib: Qəzzada atəşkəs əldə olunmasını alqışlayırıq. Atəşkəs iki il davam edən dəhşətli müharibədə əziyyət və məşəqqət çəkən uşaqlara ümid verir.
Sizin rəyiniz