Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “Rusya Əl Youm” xəbər agentliyinin məlumatına görə, Qəzza zolağının Mülki Müdafiə Təşkilatı elan edib ki, bu təşkilata bağlı qüvvələr sionist hərbçilər tərəfindən partlayıcı maddələrlə doldurulmuş konservlər və bombalar yerləşdirilmiş oyuncaqlar tapıblar.
Fələstin təşkilatı vurğulayıb ki, belə bir hərəkət sionist rejim tərəfindən Qəzzə zolağının daha çox sakinini vəhşicəsinə qətlə yetirmək məqsədi ilə həyata keçirilir.
Görünür, sionist hərbçilərin Qəzzə şəhərindən çıxarılması ilə rejimin müxtəlif sektorlardakı cinayətlərinin miqyasının yeni ölçüləri üzə çıxacaq.
Sizin rəyiniz