Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-İ`lam Əl-Hərbi Xəbər Agentliyinin məlumatına görə, Livan Hizbullah Müqavimət Hərəkatı çərşənbə axşamı günü Əl-Əqsa Fırtınası əməliyyatının ikinci ildönümü ilə bağlı bəyanat yayaraq, Fələstin xalqına və müqavimətə davamlı dəstəyini bir daha vurğuladı.
Hizbullah Əl-Əqsa Fırtınası əməliyyatının ikinci ildönümü ilə bağlı verdiyi bəyanatda müqavimət göstərən Fələstin xalqı ilə əhd-peymanını təzələyərək bildirib: “Əqsa Fırtınası əməliyyatı cinayətkar sionist rejimin əsl simasını üzə çıxardı.”
Bəyanatda deyilir:
“Əl-Əqsa Fırtınası”nın qəhrəmancasına döyüşünün ikinci ildönümündə Hizbullah, əzab və ağrı ilə qarışan səbir və sabitqədəmliklə cinayətkar sionist rejimə qarşı ən yüksək şərəf və izzət dərsini yazan Fələstin xalqı ilə müqavimətli və mətanətli Fələstin xalqının yanında olmağa davam edəcəyinə dair andını təzələyir.”
Hizbullah vurğuladı: “Bu müqəddəs döyüş elə ilk andan bütün insani keyfiyyətdən məhrum olan və ABŞ tərəfindən dəstəklənən, bütün qanunları, qətnamələri və humanitar mülahizələri pozan, ölkələrin və millətlərin suverenliyini tapdalayan, cinayətlərini, qətliamlarını, Qəzzə xalqını aclıqda və köçkünlüklə saxlamaqda davam etdirən, ekspansionist planları olan cinayətkar sionist rejimin əsl simasını üzə çıxardı.”
Livan Hizbullahının bəyanatında deyilir: “Bölgənin təhlükəsizliyi, sabitliyi və gələcəyi ərəb və İslam ölkələri və xalqlarının mövqe, söz və əməkdaşlıq birliyindən, yalnız güc dilini anlayan düşmənə qarşı müqaviməti dəstəkləmək üçün vahid bir sırada dayanmalarından asılıdır. İslam ümməti bilməlidir ki, bu rejim İslam ümmətinin qəlbinə xəncər sancan və bədxassəli xərçəng şişidir ki, yayılmazdan, dağıntı və viranəlik törətmətməkdən öncə kökü kəsilməlidir.”
Hizbullah hərəkatı bu bəyanatda Seyid Həsən Nəsrullah, Haşim Safiəddin və müqavimətin digər şəhidlərinin yolunu davam etdirdiyini vurğulayaraq, şəhidlərə və Fələstin xalqına, bütün müqavimət hərəkatlarına, İran, Yəmən, İraq başda olmaqla Qəzzaya dəstək verən hər kəsə və dünyanın ən azadlıqsevər xalqlarına dəstək verən bütün dünya xalqlarına salamlarını çatdırıb.
Hizbullah bildirib: “Öz torpağında kök salmış və sionistlərin ölüm maşınına qarşı sinə çılpaq dayanan azad və mübariz Fələstin xalqına salam olsun.”
Hizbullah həmçinin Fələstinin bütün müqavimət qruplarını və əfsanəvi dastanlar yaradan yer üzünün ən şiddətli tağutuna və zülmünə qarşı mübarizə aparan cəsur mücahidləri salamlayıb.
Hizbullah bəyanatının sonunda vurğulanıb: “Bu böyük hadisə tarixdə əbədi olaraq qalacaq; Öz torpağını qəsb edən işğalçıya qarşı ayağa qalxan, vuruşan, fədakarlıq edən, dirəniş göstərən və in ə Allah qalib gələcək bir xalqla bağlı həyat dərsi. Və Fələstin torpağı hiyləgərlərin və kompromislərin bütün çalışmalarına baxmayaraq, tam olaraq öz qanuni sahiblərinə qaytarılacaq.”
Sizin rəyiniz