7 oktyabr 2025 - 18:41
Rubio növbəti dəfə sionist rejimin cinayətlərini müdafiə edib

ABŞ dövlət katibi Əl-Əqsa Tufanı Əməliyyatının ikinci ildönümündə çıxış edərək bir daha sionist rejimin cinayətlərini və Trampın Qəzzada atəşkəs planını müdafiə etdi.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Cəzirə telekanalının məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio çərşənbə axşamı Əl-Əqsa Fırtınası Əməliyyatının ikinci ildönümündə Qəzzada atəşkəs danışıqları məsələsi ilə bağlı mövqe nümayiş etdirib.

Bununla bağlı ABŞ dövlət katibi gülünc və demaqoq bir iddia ilə çıxış edərək iddia edib:

“Prezident Trampın başçılıq etdiyi Vaşinqton bütün əsirləri (HƏMAS-ın saxladığı sionist əsirləri) azad etmək və Qəzzada Həmas hakimiyyətinə son qoymaq səylərinə rəhbərlik edir.”

ABŞ-ın işğalçı sionistlərə məzlum fələstinlilərə qarşı öz vətənlərində soyqırımını həyata keçirmək üçün hər cür vasitə və yardım göstərməsinə rəğmən Marko Rubio yenə boş-boş iddiasını davam etdirib:

“Biz təkcə İsrailin təhlükəsizliyini deyil, həm də Qərbi Asiyada nəsillər üçün sülh və rifahı təmin edən davamlı sülhün təşviqi səylərinə rəhbərlik edirik. 7 oktyabrın ikinci ildönümündə biz bütün əsirlərin və onların ailələrinin iztirablarına son qoymaq üçün İsraillə birgə öhdəliyimizi bir daha təsdiqləyirik.”

O, çürük iddiasına davam edərək deyib: “Prezident Trampın Qəzzada müharibəni dayandırmaq planı bu qaranlıq fəsli geri qaytarmaq və hamı üçün davamlı sülh və təhlükəsizliyin əsaslarını qoymaq üçün tarixi bir fürsət təqdim edir!”

Sizin rəyiniz

You are replying to: .
captcha