Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran prezidenti Şəhriyarın azəri dilində yazdığı bir şeirə işarə edərək, Qəzzada müdafiəsiz insanlara zülm edilməsi və onların öldürülməsini pisləyib və xatırladıb: İnsan haqlarından dəm vuran, lakin Qəzzada günahsız insanları öldürən insanların çıxışına dözmək çox çətindir.
Məsud Pezeşkian, bu gün səhər, çərşənbə axşamı, oktyabrın 7-də, İran Yayım Korporasiyasının Beynəlxalq Konfrans Mərkəzində keçirilən "Milli Kənd və Köçərilər Günü Tədbiri"ndə vətənimizin bədxahların və düşmənlərin işğalı məkanına çevrilməsinə imkan verməyəcəyimizi vurğulayan Pezeşkian deyib: “Düşmən İrana hücum etsə, ölkədə xaos olacağını düşünürdü, lakin İran xalqı düşmənlərin qarşısında dayanaraq hər sahədə mühüm nailiyyətlər əldə etdi”.
Çıxışının yekun hissəsində Şəhriyarın azəri dilində yazdığı şeirə toxunan prezident Qəzzada müdafiəsiz insanlara zülm edilməsini və onların qətlə yetirilməsini pisləyib və xatırladıb: "İnsan haqlarından dəm vuran, amma Qəzzada günahsız insanları qətlə yetirən insanların danışığına dözmək çox çətindir. Kor və zalım olan, pul və iqtidarın gözlərini bağladığı insanlar heç bir zülmdən əl çəkməyəcəklər".
Sizin rəyiniz