6 oktyabr 2025 - 20:11
İspaniya sionist rejimini Beynəlxalq Cinayət Məhkəməsində məhkəməyə verməyə qərar verdi

İspaniyanın daxili işlər naziri bəyan edib ki, Madrid Beynəlxalq Cinayət Məhkəməsinə sionist rejim əleyhinə şikayət ərizəsi verərək Sumud donanması ilə bağlı qabaqlayıcı addım atmaq niyyətindədir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Əl-Cəzirə telekanalının məlumatına görə, İspaniyanın daxili işlər naziri ölkəsinin Beynəlxalq Cinayət Məhkəməsinə Sumud donanması ilə bağlı baş verən cinayət hadisələrinə görə sionist rejimə qarşı şikayət verməklə qabaqlayıcı addım atacağını açıqlayıb.

Məlumata görə, Fernando Qrande Marlaska həmçinin vurğulayıb ki, “daxili və beynəlxalq qanunlara görə, beynəlxalq sularda şəxslərə qarşı hər hansı hücum azadlığın pozulması hesab olunur”.

Qeyd edək ki, bundan əvvəl Tunisin Fələstində Müqavimətə Dəstək Milli Komitəsi Sumud donanmasının qeyri-qanuni şəkildə ələ keçirilməsi və jurnalistlərə qarşı hücuma görə sionist rejimə qarşı beynəlxalq şikayət edəcəyini açıqlamışdı.

Komitə həmçinin “Sumud” donanmasında saxlanılanların dərhal azad edilməsini və Qəzza zolağına humanitar yardımların daxil olmasına qanunsuz mane olan rejimin cəzalandırılmasını istəyib.

Sizin rəyiniz

You are replying to: .
captcha