Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: TASS Agentliyinin verdiyi məlumata görə, Ukrayna silahlı qüvvələrinin Rusiyanın Belqorod vilayətinə kütləvi hücumu və onun bombalanmasından sonra bölgənin 40 minə yaxın sakininin elektrik enerjisi kəsilib.
Belqorod qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında yazıb: “Biz Belqorodda ötən gecə baş vermiş partlayış nəticəsində dəymiş ziyanın xarakteri ilə bağlı energetika ekspertlərindən hesabat aldıq”.
Yeddi rayonun elektrik təsərrüfatına ciddi ziyan dəydiyini deyən nazir bu günədək 40 minə yaxın rayon sakininin işıqsız qaldığını bildirib.
Onun sözlərinə görə, qəza-texniki qruplar ən geci sabaha qədər bölgəyə elektrik enerjisinin verilə bilməsi üçün bütün lazımi tədbirləri görür.
Sizin rəyiniz