6 oktyabr 2025 - 19:59
Netanyahu: Avropa HƏMAS-a təslim oldu; Trampın planı müharibənin sonunun başlanğıcıdır

HƏMAS-ın Trampın planını qəbul edəcəyi təqdirdə Qəzza müharibəsinin sona çatmasının başlanğıcına şahid ola biləcəyimizi ifadə edən İtrail baş naziri, Avropanın HƏMAS-a təslim olduğunu və Fələstini tanımasının bu qrup üçün mükafat olduğunu iddia edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yevronyus telekanalının verdiyi xəbərə görə, İtrailin baş naziri iddia edib ki, “İndi məsuliyyət yükü HƏMAS-ın üzərinə düşür ki, hələ də saxladığı əsirləri dərhal azad etsin və ABŞ prezidenti Donald Trampın təklif etdiyi sülh sazişini tam şəkildə qəbul etsin”.

Əl-Əqsa Fırtınası əməliyyatının ikinci ildönümünə bir neçə gün qalmış Euronews telekanalına eksklüziv müsahibə verən Benyamin Netanyahu “islamçılara təslim olduğunu” dediyi Avropanı sərt şəkildə tənqid edib. O, həmçinin Avropa liderlərini HƏMAS-ı dəstəkləməməyə çağırıb və onlara tövsiyə edib: “Timsahı yedizdirməyin çünki o, sizin arxanızca gələcək”.

İtrailin baş naziri Avropa ölkələrinin liderlərini kəskin tənqid edərək, bu ölkələrin Fələstin xalqının soyqırımına görə Təl-Əvivə göstərdiyi bütün siyasi, maliyyə və silah yardımını unudaraq, onları “terrorizmə təslim olmaqda” ittiham edib və deyib: “Avropa HƏMAS terrorizminə təslim olduğu üçün qayibdir. Fələstin dövlətinin son tanınması dalğası post-Holokostdan sonra yəhudilərin ən böyük qətliamından sonra HƏMAS-a verilən son mükafatıdır. Avropa “terror təhlükəsi” ilə mübarizə aparmalıdır, çünki biz azad dünyada müharibə edərək ekstremistlərin Avropaya hücumunun qarşısını almaq üçün mübarizə aparırıq.”

Müharibədən iki il sonra Qəzzanı işğal etmək kimi əsas məqsədinə nail ola bilməyən Netanyahu HƏMAS-a qarşı iddialarını davam etdirərək əlavə etdi: “Tramp planı, HƏMAS tərəfindən qəbul edilərsə, bu müharibənin sonunun başlanğıcı ola bilər. HƏMAS-ın ilk növbədə bu razılaşmaya razı olmasının səbəbi bizim onların qərargahına (bütöv Qəzza şəhərini nəzərdə tutur) qarşı hərbi əməliyyat keçirməyimiz idi. Nəticədə HƏMAS sonun yaxınlaşdığını anlayanda daha çevik oldu.

O daha sonra dedi: “Əgər HƏMAS bütün razılaşmanı qəbul etməkdən imtina edərsə, ABŞ İtrailin müharibəni hərbi yolla bitirmək səylərini tam dəstəkləyəcək.”

Netanyahu sonda etiraf etdi: “HƏMAS-ın Qəzzadakı rəhbərliyinin əksəriyyəti və minlərlə döyüşçüsü öldürülsə də, qrup hələ də İtrailin nəzarətindən kənar ərazilərdə təsirə malikdir və İtrail əsgərlərinin ölümünə və yaralanmasına səbəb olan ara-sıra hücumlar həyata keçirir.”

Sizin rəyiniz

You are replying to: .
captcha