6 oktyabr 2025 - 19:28
Suriya Demokratik Şurası terrorçu Colaninin seçki şousuna güclü hücum etdi

Suriya Demokratik Şurası (SDŞ) terrorçu Qolaninin seçki şousunu şiddətlə tənqid edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Havar Xəbər Agentliyinin verdiyi məlumata görə, Suriya Demokratik Şurası (SDŞ) terrorçu Colaninin seçki şousunu sərt şəkildə tənqid edib.

Suriya Demokratik Şurasının bəyanatında deyilir: “İctimai rəy Suriya keçid hökumətinin keçirdiyi parlament seçkilərinə öz etirazını bildirib. Suriya Xalq Məclisində seçkiləri izlədik və bu seçkilər suriyalıların iradəsini əks etdirmir, bütün bölgələri və spektrləri əhatə etmir. Bu, demokratiya, azadlıq və real iştiraka əsaslanan yeni Suriyanın qurulması üçün mübarizə aparan insanların, habelə Suriyanın köklü tarixinə və xalqının fədakarlığına uyğun və layiq olmayan siyasi bir şoudur.”

Bəyanatda həmçinin qeyd olunaraq deyilir: “Bu seçkilər milli birlik və hərtərəfli barışıq yolunda atılan bir addım olmaq əvəzinə, Suriya cəmiyyətində parçalanmanı daha da dərinləşdirir. Seçkilər yalnız daxildə və xaricdə bütün suriyalıların iştirakı və təmsili ilə, onların bütövlüyü və şəffaflığına zəmanət verən beynəlxalq nəzarət altında keçirildikdə qanuni sayılır.”

Suriya Demokratik Şurası son olaraq deyib: "Suriyalılar öz iradələrini əks etdirən real seçkilər istəyirlər. Legitim seçkilər bölünməyə son qoyan, Suriyada ədalətli və davamlı sülhün bərqərar olmasına xidmət edən seçkilərdir".

Sizin rəyiniz

You are replying to: .
captcha