Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fələstin müqavimətinin 7 oktyabr 2023-cü ildə “Əqsa Tufanı” adı ilə həyata keçirilən cəsarətli əməliyyatı qlobal bir oyanış halına gəldi; işğala və ədalətsizliyə qarşı əxalqi, mənəvi və siyasi üsyan.
Bu əməliyyatın ikinci ildönümü münasibəti ilə Fələstin Üləma Şurasının rəhbəri “Navvaf Takruri” “İlkə” xəbər saytına verdiyi eksklüziv müsahibədə bu dönüş nöqtəsinin əhəmiyyəti, işğalçı rejimə təsiri və Qəzzada davam edən soyqırım haqqında dərin təhlillər verib. Onun sözlərinə görə, Əl-Əqsa Fırtınası əməliyyatı işğalçıların əsl simasını üzə çıxarıb və Fələstin məsələsini illərlə davam edən etinasızlıq və xəyanətdən sonra canlandırdı.
Aşağıda Nəvaf Təkrurinin Əqsa fırtınası əməliyyatı və onun təsirləri ilə bağlı təhlilini oxuyacaqsınız;
“Əl-Əqsa Tufanı” İtrailin məğlubedilməzliyi haqqında mifi darmadağın etdi
İtrail onilliklər ərzində özünə hərbi üstünlük, kəşfiyyat üstünlüyü və ətraf muhitə hüdudsuz nəzarət edən obrazı yaratmışdı. “Əl-Əqsa Fırtınası” əməliyyatı bu mifi cəmi bir səhərə darmadağın etdi. Bu fırtına düşmənin gücünü bərpaolunmaz şəkildə darmadağın etdi. İtrail rejimi dünya qarşısında alçaldıldı.
Bu əməliyyat gizlədilənləri üzə çıxardı; xəstəxanaların, məktəblərin və Məscidlərin dağıdılması; uşaq və qadınların qətliamı; insan haqlarını müdafiə etmək iddiasında olanların riyakarlığını məlum etdi. Bu cinayətlərin hamısı dünyaya ifşa olundu.
Müqavimətin İtrailin nəzarətində olan ərazilərə nüfuz etməsi, hərbi bazaları ələ keçirməsi və İtrail qüvvələrini əsir götürülməsi işğalçılara 1948-ci ildən bəri görünməmiş psixoloji və strateji zərbə vurdu.
Qüdrətli olduğu üçün deyil, Çarəsizlikdən Soyqırımı törədir
Bu əməliyyatdan sonra sionist rejim Qəzzəyə hərtərəfli hücuma keçdi; ikinci ildir ki, soyqırım, aclıq və silahsız insanların məhv edilmə kampaniyası səngimir. Bu cinayətlər özünə inamdan deyil, qorxu, hürkü və təhqirdən qaynaqlanır.
İşğalçıların bu gün törətdikləri hər bir cinayət itirilmiş ləyaqətlərinin bir hissəsini bərpa etmək naminədir. Onların törətdikləri qırğınları dəlilikdən qaynaqlanır. Onlar informasiya üzərində nəzarəti, hərbi etibarlarını və mənəvi mövqelərini itiriblər. Güclü görünmək üçün kütləvi qırğınlar törədirlər, amma atdıqları hər bomba yalnız zəifliklərini və cılızlıqlarını ortaya qoyur.
Ağlasığmaz qurbanların, 67 mindən çox şəhidin və 170 mindən çox yaralının olmasına baxmayaraq, Qəzza xalqı dəyanətini davam etdirir. Ailələr aclığa, köçkünliyə və bütün məhəllələrin itirilməsinə dözür, lakin vətənlərini tərk etməkdən imtina edirlər. Düşmənin gücü içiboş bir şardır. Onları dəhşətə gətirən xalqımızın dözümlü olmasıdır.
Dünyanı fəth edən bi Tufan
Əl-Əqsa Fırtınası əməliyyatı təkcə Qəzza sərhədləri ilə məhdudlaşmırdı; onun təsirləri bütün qitələrə yayıldı, ikiüzlülük və hiyləni ifşa etdi və həmrəyliyə ilham verdi. Tufan bütün dünyaya yayıldı. London, Nyu-York, Madrid və Cakarta küçələrinə çıxan azad insanların, tələbələrin, fəalların və vətəndaşların insan və prinsipial simasını təsvir edirdi. Eyni zamanda, liderləri azadlıqdan danışan, lakin soyqırımı dəstəkləyən Vaşinqton və Parisdən tutmuş Berlinə kimi Qərb demokratiyalarının yalanlarını ifşa etdi.
2023-cü ilin oktyabrından bəri dünyada milyonlarla insan Fələstinə dəstək üçün misli görünməmiş nümayişlərə qoşulub, İspaniya, İrlandiya və Cənubi Afrika da daxil olmaqla bir sıra hökumətlər sionist rejimin cinayətlərinə qarşı cəsarətli mövqe nümayiş etdirirlər. Bunun əksinə olaraq, ABŞ və Avropadakı qondarma insan haqları müdafiəçiləri işğalçıları silahlandırıb və Birləşmiş Millətlər Təşkilatında atəşkəs qətnamələrinə veto qoyub, Qərbin mənəvi rəhbərliyinə qarşı qlobal məyusluğu dərinləşdiriblər.
Siomizimlə Normallaşma Siyasəti Haqqın Ağırlığı Altında Leh Oldu
Fırtınadan əvvəl bir neçə ərəb ölkəsi sionist rejimlə münasibətləri normallaşdırmağa tələsirdi. Bu gün bu layihələr xarabalığa çevrilib. Fırtına istənilən layiqli insan üçün normallaşma yolunu bağladı. Bir vaxtlar işğalçıya qucaq açmağa çalışanlar indi öz xalqı qarşısında utanır, susurlar. Normallaşma davam edərsə, bunu xalqlar deyil, korrupsioner liderlər edəcək. Müsəlman ümmətinin xalqı son sözü dedi: Fələstin Satılmır!.
Mərakeşdən İndoneziyaya qədər ictimai qəzəb hökumətləri sionist rejimlə münasibətlərinə yenidən baxmağa vadar edib. Müsəlman dünyasında ictimai rəy Fələstin müqavimətinin lehinə, Tel-Əviv və ya Vaşinqtonla birləşənlərin əleyhinə qəti şəkildə dəyişdi.
Döyüş meydanının döyüşçüləri olmadan heç bir qərar verilmir
ABŞ prezidenti Donald Tramp və İtrailin baş naziri Benyamin Netanyahunun təqdim etdiyi son plan müstəmləkəçilik hakimiyyətini dübarə bərpa etmək cəhdindən başqa bir şey deyil. Bu, sülh planı deyil. Bu, sionist-amerikan hakimiyyəti altında bölgəni yenidən ələ keçirtmək üçün hazırlanmış yeni Says-Piko sazişidir. Döyüş meydanında vuruşan mücahidləri nəzərə almadan Qəzzə və ya Fələstinlə bağlı heç bir qərar verilə bilməz. Bunu etməyən hər bir ölkə vətənə xəyanət etmiş olur.
Trampın planı qəbul olunarsa, işğal həmişəlik möhkəmlənəcək. Ya bu hökumətlər bunu açıq şəkildə rədd edəcəklər, ya da satqınların aqibətini yaşayacaqlar. Bu təklif İtraili Qəzzadan çıxmağa çağırmır, əksinə onun suverenliyinə xaricdən nəzarəti tətbiq etməyə çalışır. Tramp və Netanyahu öz nəzarətləri altında müstəmləkə administrasiyası yaratmaq istəyirlər. Bu, sülh deyil, işğalın başqa vasitələrlə davam etdirilməsidir.
Müharibəni Bitirməmək Deyil, İşğalı Genişləndirmək Planı
Trampın sülh planı işğalı genişləndirir. İstənilən real sövdələşməyə İtrail qüvvələrinin tam çıxarılması, fələstinli məhbusların azad edilməsi və müstəqil Fələstin dövlətinin tanınması daxil edilməlidir. Təklif olunanlar tələdir. Bu, təkcə Fələstinin deyil, ona imza atan istənilən ərəb ölkəsinin işğalıdır. Qəzzadan gələn mesajlar aydındır; bu müqaviləni qəbul etməyin!. Bu, qırğına, köçkünliyə son qoymayacaq, onları daha da artıracaq.
Bəşəriyyət Üçün Mənəvi Oyanış
Əl-Əqsa Fırtına əməliyyatı həm də döyüş meydanından kənarda qlobal mənəvi oyanışa səbəb olub. Qəzzadan gələn əzmkarlıq və iman görüntüləri bütün dünyada fəallar, tələbələri, adi vətəndaşları və hökumətlərinin susqunluğuna meydan oxuyan hərəkatları ilhamlandırıb.
Qəzzəlilər öz iztirabları ilə dünyanın vicdanını oyadıblar. Qərb universitetlərində gənclər, küçələrdə nümayiş keçirənlər, boykot edənlər, həqiqəti söyləyənlər; Bunların hamısı Əqsa tufanının bəhrələridir. Həqiqətən də, Əl-Əqsa Tufanı əməliyyatı müxtəlif hərəkatları ümumi ədalət çağırışı altında birləşdirdi; anti-müharibə koalisiyaları, anti-müstəmləkə fəalları və inanc əsaslı icmalar Cənubi Afrikada aparteid əleyhinə mübarizəyə bənzər qlobal həmrəyliyi canlandırdılar.
İman, Müqavimət və Qurtuluş Vədi
İşğalçılar inanırlar ki, məhv olmaq bizim ruhumuzu susdura bilər. Amma dağıdılan hər bir ev, hər bir şəhid olan övlad bizim əzmimizi gücləndirir. İşğal ancaq tam rüsvay olduqdan və saxta imici məhv edildikdən sonra yox olacaq. İman və Ədalətə söykənən Müqavimət yeganə çıxış yoludur. Qəzzada olan mücahidlər siyasi hakimiyyət üçün deyil, bu millətin ləyaqəti üçün mübarizə aparırlar. Onlar zəmanəmizin vicdanıdır. Heç bir razılaşma, heç bir güc, heç bir xarici təzyiq onları susdura və ya qurbanlarını yox edə bilməz.
Sərhədlərdən kənar bir miras
Əl-Əqsa Tufanı əməliyyatından iki il sonra Fələstin uğrunda mübarizə yerli Müqavimətdən qlobal və hər şeyi əhatə edən bir İslami hərəkata çevrildi. Yəmənin sionist rejimə qarşı raket kampaniyası, Hizbullahın sərhəd toqquşmaları və Cakartadan Yohannesburqa qədər həmrəylik nümayişləri Müqavimət Cəbhəsinin genişlənməsinin sübutudur.
Fələstin mübarizəsi müsəlman dünyasının mənəvi kompasına çevrildi; məzlumları birləşdirən, zalımların hiyləsini ifşa edən ideal. Əl-Əqsa Fırtınası əməliyyatı sadəcə hərbi bir hadisə deyildi. Bu, bir idealın yenidən doğulması, bir millətin oyanışı və köhnəlmiş işğalın sonunun başlanğıcı idi.
Sizin rəyiniz