29 sentyabr 2025 - 14:00
Lavrovun Quterreşə məktubu: İrana qarşı sanksiya qətnamələrinin geri qaytarılması qanunsuzdur

Sergey Lavrov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasına qatıldıqdan sonra keçirdiyi mətbuat konfransında əlavə edib: “Mən cümə günü BMT-nin baş katibinə məktub göndərdim və Rusiyanın mövqeyini açıq şəkildə bildirdim”.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA-nın məlumatına görə, Rusiyanın xarici işlər naziri BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərdiyini və orada İrana qarşı sanksiyaların bərpası qərarının hüquqi etibarsızlığına və icra edilməməsinə işarə etdiyini bildirib.

Sergey Lavrov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasına qatıldıqdan sonra keçirdiyi mətbuat konfransında əlavə edib: “Mən cümə günü BMT-nin baş katibinə məktub göndərdim və Rusiyanın mövqeyini açıq şəkildə bildirdim”.

Lavrov deyib: Bu məktubda İrana qarşı sanksiyaların bərpası ilə bağlı qəbul edilən qərarın etibarsız, qeyri-qanuni və icraedilməz olduğunu vurğuladım.

Onun sözlərinə görə, Quterreş BMT Təhlükəsizlik Şurasında bu qanunsuz hərəkəti qəbul edərsə və katiblik strukturları yaratmaqla bu proseduru asanlaşdırarsa, bu, böyük səhv olacaq və baş katib və onun ətrafının nüfuzuna daha da xələl gətirəcək.

Sizin rəyiniz

You are replying to: .
captcha