24 sentyabr 2025 - 15:53
Heç bilirdinizmi ki, Yerin Günəş ətrafında dövr etmə nəzərini Kopernik İranlı alim Xacə Nəsrəddin Tusidən götürmüş və mənbə göstərməmişdir?

Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusinin ən böyük nailiyyətlərindən biri Yerin Günəş ətrafında dövr etməsi ilə bağlı nəzəri əsaslandırmalarıdır. Bu baxışlar, Avropalı alim Kopernikdən xeyli əvvəl səsləndirilmiş və Tusinin dərin elmi düşüncəsinin göstəricisi olmuşdur. Baxmayaraq ki, Kopernik kopi-peyst etdiyi “nəzəriyyəsinin” mənbəsini qeyd etməmişdir.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: XIII əsrdə yaşamış İran alimi Şeyx Nəsirəddin Tusi yalnız Şərqin deyil, bütün dünyanın ən böyük alimlərindən biri kimi tanınır. Onun astronomiya, riyaziyyat və fəlsəfə sahəsindəki xidmətləri orta əsrlər elminin inkişafında mühüm rol oynamışdır.

Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusinin ən böyük nailiyyətlərindən biri Yerin Günəş ətrafında dövr etməsi ilə bağlı nəzəri əsaslandırmalarıdır. Bu baxışlar, Avropalı alim Kopernikdən xeyli əvvəl səsləndirilmiş və Tusinin dərin elmi düşüncəsinin göstəricisi olmuşdur. Baxmayaraq ki, Kopernik kopi-peyst etdiyi “nəzəriyyəsinin” mənbəsini qeyd etməmişdir.

Alimin elmi fəaliyyətində diqqətçəkən digər yeniliklərdən biri də ulduzlu səmaya aid qlobusun hazırlanmasıdır. Bu qlobus o dövrdə astronomiyanın inkişaf səviyyəsini, Şərq alimlərinin elmi nailiyyətlərini nümayiş etdirirdi. Tusi qlobus vasitəsilə ulduzların mövqeyini, səmavi cisimlərin yerləşməsini və onların hərəkətlərini daha dəqiq öyrənmə imkanı yaratmışdır.

Nəsirəddin Tusinin bu xidmətləri sonrakı əsrlərdə həm Şərq, həm də Qərb alimlərinə təsir göstərmiş, onun adı dünya elm tarixinə qızıl hərflərlə yazılmışdır.

Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanmışdı. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdu. Bununla belə Nəsrəddinin yaradıcılığından astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur.

Tusi bu sahələrdə aparılmış iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılmışdır.

Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında “Şəklül-qita” (“Bütöv çoxtərəfli haqda risalə), “Came’ül-hesab” (“Lövhə və tozun köməyi ilə hesab toplusu”), “Dairənin ölçüsü”, “Təhrir Öqlidis” (“Evklid “Başlanğıc”ının təsviri”) kimi kitablar xüsusi yer tutur. Dörd hissədən ibarət “Zici-İlxani” (“İlxanilərin astronomik cədvəlləri”) əsəri isə alimin adını dünya astronomiya tarixinə salmışdır.

Çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə, riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır.

Nəsrəddin Tusi kim idi?

Nəsirəddin Tusi 1201-ci ildə İranın Xorasan Rəzəvi vilayətində, İmam Rzanın (əleyhi səlam) dəfn olunduğu Məşhəd şəhərindən 20 kilometr şimal-qərbdə yerləşən tarixi Tus şəhərində dünyaya gəlmişdir. İlk təhsilini atasından alan Tusi balaca yaşdan etibarən həqiqəti axtarma eşqinə düşmüşdür. O, elm öyrənmək üçün 15 yaşında dövrün elm mərkəzlərinə səfər etmişdir. Görkəmli alim qısa bir vaxtda elm aləmində məşhur olmuşdur.

1253-cü ildə vəhşi türk tayfalarının başçısı olan Çingiz xanın nəvəsi Hülakü xanın Qərbi Asiyaya yürüşü başlamışdır. Monqolların İrana hücumu zamanı o, Qain dağ qalasında Nasirəddin Möhtəşəm Qahistandan dərs almış, “Nasirəddin Əxlaqı” əsərini yazmışdır. Bir müddət sonra Xoca Nəsirəddin bir neçə ay Qaində yaşadıqdan sonra Qahistan qəsrinin valisi, filosofları sevən fəzilətli insan Nəsirəddin Əbdürrəhim ibn Əbi Mənsurun dəvəti ilə həyat yoldaşı ilə birlikdə Deyləmilərin (indiki Talış, Gilək və Mazandaranlıların təşkil verdikləri) fəth olunmaz sayılan Əlamut qalasında İsmaililər qəsrinə dəvət olunur. Orada sərbəst və xüsusi hörmətlə yaşayırdı. Burada olduğu müddətdə o, “Təhara əl-İraq” kitabını yazmış və burada elmi işlərinə davam etdirmişdir.

Nəsirəddin Tusi təxminən 26 ilə yaxın İsmaililərin qəsrlərində olmuş, lakin bu müddət ərzində elmi səylərini bir an belə dayandırmamış, çoxsaylı kitablar, o cümlədən “Şərh İşarət İbn Sina”, “Təhrir əl-Əqlədis”, “Təvəlli və Təbəri” və “Əxlaq Nasiri” və bir neçə başqa kitab və risalələr yazmışdır.

“Rövdətu-təslim və Mətlubul-möminin” kitabı; Təvəlli və Təbəri, İsmaili inancları haqqında qısa bir risalənin başlanğıcı və tamamlanması Xacə Nəsrəddinin Əlamutda İsmaili İmamın göstərişi ilə yazdığı əsərlərdəndir.

Xacə “Şərhul-İşarat” kitabının sonunda belə yazır: “Bunun çoxunu elə çətin bir vəziyyətdə yazdım ki, bundan çətin olması mümkün deyildi, çoxunu ruhi sıxıntılı bir vaxtda yazdım, onun hər bir hissəsi ağrılı kədər və əzab qabı idi, böyük təəssüf və həsrətlə müşayiət olunurdu; heç bir zaman olmadı ki, gözümdən yaş axmasın, ürəyim sıxılmasın, ağrım artmasın və mənim dərdlərim ikiqat olmasın...”. Qeyd edək ki, Onun “Şərhul-İşarat” kitabının sonunda çıxıntılar haqqında yazmasının əsas səbəbi Onun 12 İmamçı Şiələrdən olması, İsmaillilərin isə qeyri-On iki İmamçı Şiələrdən olması və qeyri-Məsum və xətakar insanları özlərinə Məsum kimi qəbul etmələri və Xacə Nəsrəddin Tusinin İsmailliləri heç bir elmi və məntiqi dəlillərlə haqqı onlara qəbul etdirə bilməməsi ilə əlaqədar idi.

Xacənin Əlamutdakı həmkarları arasında Xacə Nəsrəddin ilə Qahistandan Əlamuta gəlmiş katib Həsən Mahmudu və ya katib Həsən Salahı qeyd edə bilərik. O, Xacənin gün ərzində öyrətdiklərini qələmə alır, boş vaxtlarında isə qeydləri şeirlə yazırdı. Onun şeirlər toplusu “Divan əl-Qaimiyyət” adlanır.

Monqol istilasından və İsmaililərin hakimiyyətinin sona çatmasından (hicri 635-ci il) sonra Hülaku xan Nasirəddini özünə məsləhətçi və vəzir təyin etdi və o, Marağada Hülaku xanın yanında idi. Bağdadın fəthində və Abbasilərin devrilməsində ona kömək etdi.

Qərbdə kitabları

1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan “Evklid “Başlanğıc”ının təsviri” əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görmüşdür. Alimin beş kitabdan ibarət yazdığı “Bütöv dördtərəfli haqqında risalə” də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilmişdir. Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa alimin tarixə, minerologiyaya, fizikaya, tibbə, iqtisada, coğrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətə layiqdir. Bunların arasında “Bağdadın tarixi”, “İşığın əks olunması və sınması haqda risalə”, “Evklid optikası”, “Göy qurşağının öyrənilməsinə dair risalə”, “Qiymətli daşlar haqqında kitab”, “Tibb qanunları”, “Dövlət maliyyəsi haqqında risalə”, “Xoşbəxt günlərin seçilməsi” (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər.

Ensiklopedik alim Nəsirəddin Tusinin bir çox əsərləri İrandan əlavə dünyanın müxtəlif kitabxanalarında mövcuddur. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Qazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.

Tusi Şərq dünyasında etikaya dair “Əxlaqi-Nasiri” adlı məşhur əsəri ilə Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanmışdır. O həmçinin Dünyada ilk astronomik müşahidə mərkəzinin banisi kimi tanınırdı…

Bəs böyük alimin məzarının harada olduğunu bilirdinizmi?

Tusi 25 iyun 1274-cü ildə (18 zilhiccə 672-ci il) Bağdadda vəfat etmiş və öz vəsiyyəti ilə Bağdad yaxınlığındakı Kazımeyn şəhərində, Kazımiyyə Hərəmində 7-ci imam Həzrət Museyi-Kazim və nəvəsi, 9-cu imam Həzrət Məhəmməd Təqinin (İmam Cavad) məzarlarının ayaq tərəfində dəfn olunmuşdur.

Sizin rəyiniz

You are replying to: .
captcha