Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının İslam İnqilabı Keşikçiləri Korpusu müqəddəs müdafiə həftəsinin başlanması münasibətilə bəyanat yayımlayıb.
Qeyd olunan bəyanatında bildirilib ki, düşmənin hər hansı yeni səhv hesablamaları və təcavüzü baş verərsə, İran İslam Respublikası döyüş meydanında təşəbbüsü tamamilə ələ keçirəcək və ona ağır, ibrətamiz və əzici cavab verəcək.
Bəyanatda qeyd olunur:
Qürurlu İran xalqına əminliklə bildiririk ki, xalqın övladları olan qüdrətli Sepah və digər silahlı qüvvələr hər gün döyüş qabiliyyətlərini, hücum və müdafiə güclərini, həmçinin strateji imkanlarını artırmaqda davam edirlər.
Düşmənin hər hansı yeni səhvn hesablaması və təcavüzü baş verərsə, İran İslam Respublikası döyüş meydanında təşəbbüsü əlinə alacaq və ona ağır, əzici və unudulmaz cavab verəcək.
Son müharibə təcrübəsi göstərdi ki, ən sərt iqtisadi sanksiyalar və düşmənin çoxşaxəli təzyiqlərinə baxmayaraq, ölkənin silahlı qüvvələri milli bilik və bacarıqlara söykənərək hərbi və müdafiə sahəsində tam özünütəminat, inkişaf və müdafiə gücü əldə edib. Güclü komanda quruluşu ilə təchiz olunan bu qüvvələr, qabaqcıl ordularla mübarizədə təşəbbüsü əldə saxlayaraq qələbə çalıb və düşmənin bütün məqsədlərini boşa çıxarıblar.
Sizin rəyiniz