Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: London və Berlin aeroportlarına edilən kiberhücum nəticəsində sərnişin qəbulunda ikinci gündür fasilələr yaranır.
İRNA-nın məlumatına görə, Londonun “Hitrou” aeroportu açıqlayıb ki, kiberhücum səbəbindən sərnişinlərin qeydiyyatı ikinci gündür gecikir və texniki heyət yaranan problemi həll etmək üçün çalışır.
Aeroport rəsmiləri sərnişinlərə beynəlxalq uçuşlar üçün ən azı üç saat, daxili uçuşlar üçün isə ən azı iki saat əvvəl aeroportda olmalarını tövsiyə ediblər, çünki qeydiyyat prosesi əvvəlkindən daha uzun çəkir.
Bununla yanaşı, Brüsseldəki “Zaventem” aeroportu da şənbə günü bildirib ki, sərnişin qəbul sisteminə kiberhücum edilib və qeydiyyat manual qaydada aparılır. Bu səbəbdən uçuşlarda gecikmə və ya ləğv ehtimalı var.
Sizin rəyiniz