Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Megan Kelli, tanınmış mühafizəkar siyasi ekspert və keçmiş Fox News-un aparıcısı, nadir bir etirafla bildirdi: ABŞ-də xüsusilə 30 yaşdan aşağı gənc nəsil artıq İsrail rejimini dəstəkləmir. Onun sözlərinə görə, bu mövqe dəyişikliyi ABŞ-nin Yaxın Şərq siyasətində ciddi çətinliklər yarada bilər.
İRNA-nın məlumatına görə, Kelli bu fikirləri, mühafizəkar fəal Çarli Kirkə qarşı baş vermiş ölümcül hadisə haqda danışarkən və bunun gənc nəsil üzərində təsiri barədə məşhur jurnalist və keçmiş Fox News aparıcısı Taker Karlsonla müzakirə apararkən səsləndirib.
O, məktəbləri və sosial media platformalarını gənc nəsilin zehinlərnin yuyulmasının əsas səbəbi kimi göstərərək, bu prosesin ABŞ gəncləri arasında İsrailə dəstəyi kəskin şəkildə zəiflətdiyini xəbərdar edib.
Kelinin bu fikirləri sorğuların nəticələri ilə də üst-üstə düşür. 2025-ci ilin iyulunda aparılmış Gallup sorğusu göstərir ki, 18-34 yaş arası gənclərin yalnız 9 faizi İsrailə dəstək verir. 55 yaşdan yuxarı şəxslər arasında isə bu rəqəm 49 faizdir.
Məlumatlar göstərir ki, hətta gənc respublikaçılar arasında belə İsrailə dəstək məsələsində nəsil fərqi artır və son sorğularda yaşlılarla müqayisədə gənclərin dəstəyi 29 faiz azalıb. Ekspertlər bildirirlər ki, mühafizəkar tanınmış fəallar — məsələn, Çarli Kirk və Megan Kelli — arasında İsrail rejiminə qarşı səslənən tənqidlərin artması, onların daxili mövqeyində dəyişiklikdən çox, gənc auditoriyasını itirmək qorxusundan irəli gəlir.
Sizin rəyiniz