Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qanunsuz İsrail rejim mediası xəbər verir ki, Qəzzaya qarşı müharibənin davam etməsinə etiraz edən və əsirlərin azad olunmasını tələb edən, içərisində əsir ailələrinin də olduğu yüzlərlə sionist mühacir Paris meydanından İsrail Baş Naziri Benyamin Netanyahunun Qəzza küçəsindəki evinə doğru hərəkət edib. Qaniçən sionist rejim mediasının məlumatına görə, etirazçılar Həmasla razılaşma yolu ilə əsirlərin tezliklə geri qaytarılmasını tələb edirlər. Əsir ailələri daha əvvəl yaydıqları bəyanatda işğalçı hökumətin siyasətləri barədə xəbərdarlıq edib və bildiriblər ki, Qəzza şəhərinə hərbi əməliyyatlar onların övladlarının həyatını təhlükəyə atır.
Sizin rəyiniz