18 sentyabr 2025 - 15:48
İrəvani: Əfqanıstanın gələcəyini yalnız əfqanlar müəyyən etməlidir; Xaricdən tətbiq olunan istənilən məcburi həll yolu davamlı ola bilməz

İran İslam Respublikasınn BMT-dəki səfir cənab İrəvani: “Hazırkı hakimiyyət, Əfqanıstandakı faktiki vəziyyətin bir hissəsidir və beynəlxalq icmanın onlarla əməkdaşlıq etməkdən başqa seçimi yoxdur.”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasınn BMT-dəki səfiri Əmir Səid İrəvani bildirib ki, Əfqanıstanın gələcəyi yalnız əfqan xalqı tərəfindən müəyyən edilməli və bu gələcək onlara məxsus olmalıdır.

İRNA-nın məlumatına görə, cənab Əmir Səid İrəvani, əlavə edib ki, xaricdən tətbiq olunan hər hansı məcburi həll nə davamlıdır, nə də qəbul edilə bilər.

Daha sonra İrəvani cənabları vurğulayıblar: “Hazırkı hakimiyyət, Əfqanıstandakı faktiki vəziyyətin bir hissəsidir və beynəlxalq icmanın onlarla əməkdaşlıq etməkdən başqa seçimi yoxdur.”

Qeyd edək ki, İran İslam Respublikası, Əfqanıstanla 900 kilometrdən çox sərhədi olan və illərdir milyonlarla əfqan qaçqınına sığınacaq vermiş bir qonşu olaraq, Əfqanıstanda sülh, sabitlik və inkişafı birbaşa öz milli təhlükəsizliyi və regional sabitliklə əlaqələndirir. Buna görə də, İran hələ də Əfqanıstanın faktiki hakimiyyəti ilə ikitərəfli və regional səviyyədə aktiv şəkildə əməkdaşlıq edir. İran həmçinin, BMT-nin nəzarəti altında keçirilən Doha danışıqlarında fəal iştirak edib və bu prosesdə konstruktiv rol oynayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha