Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü mətbuat konfransında Fransada həbsdə olan İran vətəndaşı Mehdiyə İsfəndiyariyə qarşı irəli sürülən ittihamların əslində onun Fələstin xalqına verdiyi dəstəkdən qaynaqlandığını və bu həbsin hüquqi nöqteyi-nəzərdən “özbaşına həbs”, siyasi baxımdan isə “girov götürmə” kimi qiymətləndirildiyini bildirib.
İRNA-nın məlumatına görə, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü cənab İsmail Baqiri, Mehdiyə İsfəndiyarinin həbsi ilə bağlı vəziyyətə toxunaraq, bu gün səhər (çərşənbə, 17 sentyabr) keçirdiyi mətbuat konfransında deyib:
"Ona qarşı irəli sürülən ittihamlar "X" sosial şəbəkəsində müəyyən mesajlar dərc etməsi, onların fikrincə "terrora təhrik" etməkdir. Bu ittihamın mənası odur ki, o, Qəzzada baş verənləri tənqid edib. Ona görə də onun cinayəti mahiyyətcə məzlum Fələstin xalqına dəstək verməkdən başqa bir şey deyil".
O, həbsinin mahiyyəti barədə də əlavə edib: “Əgər daha dəqiq və hüquqi və ya insan hüquqları prizmasından danışmaq istəsək, onun həbsi “əsassız həbs” nümunəsidir və siyasi baxımdan bu, “girov götürmə”nin bir növü sayıla bilər”.
Sizin rəyiniz