Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində İran və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) II Milli Konfransı öz işinə başlayıb.
Konfrans xarici işlər naziri və İƏT Baş Katibinin iştirakı ilə açılacaq və daha sonra “Nəqliyyat və Regiondaxili Qarşılıqlı Əlaqələr”, “İƏT və Yeni Texnologiyalar” və “ECO Vision 2035” mövzularında üç ixtisaslaşmış panel keçiriləcək.
Bu görüşün əsas məqsədi üzv ölkələr arasında iqtisadi, texnoloji və kommunikasiya sahəsində əməkdaşlığın miqyasını araşdırmaq və təşkilata yeni baxışın formalaşdırılması üçün ekspert tövsiyələrini verməkdir.
Sizin rəyiniz