15 sentyabr 2025 - 18:22
Prezident Pezeşkian: İslam ölkələri birliyi qoruyub saxlamalı və sionist rejimlə əlaqələri kəsməlidir

Doktor Pezeşkian, vurğulayıblar: Müsəlmanlar “birlik” olsalar, onlar ölkələrimizə təcavüz etməyə və bütün beynəlxalq qanunları pozmağa cəsarət etməzlər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA:  Bu gün, bazar ertəsi, 2025-ci il sentyabrın 15-i, İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının sionist rejimin bu ölkəyə hücumu məsələsi ilə bağlı fövqəladə sammitində iştirak etmək üçün Qətərə yola düşməzdən əvvəl, Məsud Pezeşkian dedi: Bu görüş Qətər əmirinin dəvəti ilə keçiriləcək və sionist rejimin bütün beynəlxalq qanunlara baxmayaraq baş vermiş açıq-aşkar təcavüzü məsələsinə toxunulacaq.

İRNA-nın məlumatına görə, cənab Pezeşkian, sionist rejimin özü üçün heç bir çərçivə tanımadığını vurğulayaraq əlavə edib: Bu rejim Qətər, Livan, İraq, İran və Yəmən də daxil olmaqla bir çox İslam ölkələrinə hücum edib, istədiyini edir və təəssüf ki, Amerika və Avropa ölkələri də bu hərəkətləri dəstəkləyir.

Prezident əlavə edib: Bu rejim Qəzzada soyqırım törədir, qadınları, uşaqları və qocaları ölümə məhkum edir və təəssüf ki, sionist aparteid rejiminə öz dəstək və təchizatları ilə bu hərəkətlərini qanuniləşdirirlər.

İran İslam Respublikasının Prezidenti İslam ölkələrinin sionist rejimin hərəkətlərinə cavab olaraq öz birlik və ittifaqlarını artırmalı olduqlarını vurğulayıb.

Zati Aliləri bu barədə bildiriblər: İslam ölkələri iqtisadi, mədəni və sosial sahələrdə əməli tədbirlərlə bir-biri ilə birləşməli və sionist rejimlə əlaqələri kəsməlidir.

Daha sonra Doktor Pezeşkian, vurğulayıblar: Müsəlmanlar “birlik” olsalar, onlar ölkələrimizə təcavüz etməyə və bütün beynəlxalq qanunları pozmağa cəsarət etməzlər.

Sizin rəyiniz

You are replying to: .
captcha