Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İsrail adlı yəhudi faşist rejiminin HƏMAS liderlərinin Dohadakı qərargahına son hücumu beynəlxalq dairələrdə, xüsusən də ərəb ölkələri arasında çoxsaylı reaksiyalara səbəb olub, rejimin Qətərə qarşı təhdidləri, xüsusilə də İsrail Knessetinin sədrinin bu hücumun bütün Qərbi Asiya ölkələrinə mesajı ilə bağlı iddiası müxtəlif şərh və izahlarla müşayiət olunub.
Digər tərəfdən, İran və Beynəlxalq Atom Enerjisi Agentliyi bu yaxınlarda əməkdaşlıq çərçivələrinin müəyyən edilməsində razılığa gəliblər ki, bu da regional və qlobal oyunçuların alqışlayıb və gərginliyin azaldılması istiqamətində atılan addım kimi qiymətləndirib.
Bu hadisələrin təhlili və izahı və sonrakı mərhələnin perspektivini təsvir etmək kontekstində ABŞ-ın təqaüdçü kəşfiyyat zabiti və hərbi məsələlər üzrə ekspert Skott Ritter ABNA xəbər agentliyinə verdiyi eksklüziv müsahibəsində qaldırılan sualları cavablandırıb:
ABNA: Qətər ABŞ-ın müttəfiqidir və ABŞ-ın Qətərdə hərbi bazası vardır və müəyyən mənada Dohanı xarici hücumdan qorumağa borcludur. Bütün bunları nəzərə alsaq, ABŞ İsrailə bu hücuma necə icazə verdi və ABŞ-ın bu yaşıl işığı beynəlxalq təcrübədə necə izah olunur?
Əvvəla, bildiyimə görə, Qətərlə ABŞ arasında rəsmi müqavilə yoxdur. Əl-Udeid bazasının rolunu, ABŞ və Qətərin bu məsələdə necə koordinasiya edəcəyini və digər məsələlərdə qüvvələr razılaşması statusu var. Ancaq ABŞ-ın Qətəri hər hansı xarici hücuma qarşı müdafiə etmək məcburiyyətində olması ilə bağlı belə bir rəsmi müqavilənin olmasına inanmıram.
Deyə bilərik ki, bu müqavilə qarşılıqlı özünümüdafiə haqqında anlaşma və bu qəbildən olan müddəalardır. Amma hər halda Qətər müstəqil ölkədir və ABŞ-ın İsrail kimi başqa bir tərəfə Qətərə hücum etmək üçün yaşıl işıq yandırmaq səlahiyyəti və legitimliyi yoxdur.
Deməli, bu, ABŞ və İsrail arasında Qətərlə koordinasiya olmadan qəbul edilmiş qərar idi və bu, beynəlxalq hüququn pozulmasıdır. Bu hücum, sözün əsl mənasında, Qətərə hücumdur, BMT Nizamnaməsini pozmaqdır və beynəlxalq hüquq çərçivəsində buna heç bir əsas yoxdur.
ABNA: İsrail bütün beynəlxalq qanun və qaydaları pozmaqla heç bir qırmızı xəttə əməl etmədiyini göstərdi. Birincisi, Qətərə hücum ərəb ölkələrinə hansı mesajı verdi, ikincisi, ABŞ-ın beynəlxalq imicinə necə təsir edəcək?
İsrailin beynəlxalq qanunları və normaları pozma tarixi var. İrana qəfil hücum beynəlxalq hüququn pozulması idi. İsrailin Livana, Suriyaya, Yəmənə qarşı davam edən hərbi əməliyyatları beynəlxalq hüququn pozulmasıdır. İsrail üçün qırmızı xətt yoxdur. Bu sübut edilmiş təcrübədir. Deməli, bu hücumun Qətərə və digər ərəb ölkələrinə verdiyi mesaj budur ki, İsrail nə istəsə, nə vaxt istəsə, harada istəsə, edəcək. İsrailin etdiyi də elə budur.
Əslində, İsrailin belə bir yanaşmaya görə cəzadan xilas olmasının səbəblərindən biri də ərəb ölkələrinin həm təkbaşına, həm də kollektiv şəkildə İsrailə qarşı durmaqda aciz olduqlarını göstərmələridir.
İndi bunun Amerikanın beynəlxalq imicinə necə təsiri olacaq? Amerika faktiki olaraq göstərdi ki, milli təhlükəsizlik siyasətini tamamilə İsrailə və onun maraqlarına tabe edib. Qətərə hücum İsrailin bu illər ərzində Amerikanın tam məlumatı və dəstəyi ilə həyata keçirdiyi digər hərbi əməliyyatlardan heç bir fərqi yoxdur.
Qətərə hücumdan sonra Amerikanın imici həmişə göstərdiyi kimi, beynəlxalq hüquqa, normalara və insani dəyərlərə məhəl qoymadan İsraili kor-koranə dəstəkləyən bir ölkə kimi qalacaq.
ABNA: Bölgədəki proseslərin bir-biri ilə əlaqəli olduğunu nəzərə alsaq, İsrailin Dohaya son hücumlarının regionda gərginliyin artmasına təsirini və yeni qarşıdurma və ya Misir və Türkiyə kimi hər hansı digər ölkələri necə proqnozlaşdırırsınız?
Biz Qətərə hücumu baş vermiş xüsusi bir hadisə kimi qəbul etməməliyik, əksinə bu hücum İsrailin bir neçə onilliklər ərzində ABŞ-ın köməyi ilə həyata keçirtdiyi ümumi davranış modelinin bir hissəsidir. Təbii ki, Qətərə hücum gərginliyi artıracaq, lakin tarixi fonu nəzərə alsaq, Misir, Türkiyə və İran kimi digər ölkələrlə yeni qarşıdurma olmayacaq və heç bir ölkə digərini müdafiə etmək üçün hərəkətə keçməyəcək.
Bu hadisənin ardınca çoxlu jestlər, qışqırıqlar və səs-küylər olacaq, amma sonda heç nə olmayacaq, çünki ABŞ bu hücumu dəstəkləyib və ABŞ-ın iştirakı olmadan İsrailə qarşı heç bir şey ola bilməz. Halbuki bu Amerika 100 faiz İsrailin yanındadır.
ABNA: İranla Beynəlxalq Atom Enerjisi Agentliyi arasında yeni sazişi necə qiymətləndirirsiniz? Bu razılaşma snapbak-ın aktivləşməsinin qarşısını ala və ABŞ ilə İranın danışıqlar masasına qayıtmasına yol aça bilərmi?
Baxın, reallıq budur ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə müqavilə bağlamalı idi. İran artıq Çin və Rusiya kimi ölkələrin və MAQATE-nin İsrail və ABŞ-ın hücumunu asanlaşdırmaqdakı səhvini anlayan digər ölkələrin dəstəyinə malikdir. Amma İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsində (NPT) qalmalı olduğu anlayışı da var. Bu, yalnız o halda baş verə bilər ki, İran və MAQATE arasında NPT üzvü kimi İranın üzərinə götürdüyü təminat öhdəlikləri ilə bağlı işgüzar əlaqələr mövcuddur.
Deməli, bu razılaşma zəruri addımdır və inanıram ki, bu, həm də Avropa və ABŞ-ın sanksiyaları bərpa etməsinə mane olacaq, istər İranla ABŞ-ın danışıqlar masası arxasına qayıtmasına yol açsın istərsə də açmasın.
İran və ABŞ-ın danışıqlar masasına qayıtması ehtimalı tam başqa bir məsələdir, ABŞ bədxah niyyətlə əməl etdi və danışıqlar hiyləsindən istifadə edərək İsrailin İrana qəfil hücumu üçün zəmin hazırladı.
Başqa bir məqam odur ki, onlar nə haqda danışıqlar aparsınlar? İranın beynəlxalq hüquqa əsaslanan mövqeyi və NPT-yə üzvü statusu İsrail və ABŞ-ın fikirləri ilə ziddiyyət təşkil edir və bu səbəbdən də mən heç bir danışıqlara nikbin baxmıram, lakin İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə münasibətlərini bərpa etməsi vacibdir, çünki bu yolla İran təkcə öz dostları tərəfindən deyil, həm də düşmənləri tərəfindən mühasirə olunmaqdan qaça bilər.
Sizin rəyiniz