Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: The Wall Street Journal məlumatlı Amerika mənbələrinə istinadən yazıb ki, sionist rejim qırıcıları Qırmızı dəniz üzərindən və Səudiyyənin hava məkanından Qətərə doğru ballistik raketlər atıb.
İRNA-nın məlumatına görə, bir neçə Amerika rəsmisi bildirib ki, sionist İsrail rejim hücumdan bir neçə dəqiqə əvvəl HƏMAS-a hücum etməsi barədə ABŞ ordusuna məlumat verib.
Onlar əlavə ediblər ki, israillilər əvvəlcə nəzərdə tutulan hədəf barədə dəqiq məlumat verməyiblər. Lakin ABŞ-ın infraqırmızı istilik izlərini izləyən kosmik əsaslı sensorlar raketlərin buraxılışını və trayektoriyasını qeyd edib və Dohanı raketlərin təyinatı olaraq təsdiqləyib.
Sizin rəyiniz