Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ermənistan baş naziri Nikol Paşinyanın təyyarəsi xarici səfər zamanı ilk dəfə olaraq Azərbaycanın hava məkanından istifadə edib.
Bu barədə onun mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
“Ermənistan baş nazirinin təyyarəsi avqustun 30-dan 31-nə keçən gecə Azərbaycanın hava məkanından keçərək xarici səfərə yollanıb və 6 sentyabrın gecəsi Ermənistana geri qayıdıb”, – deyə o əlavə edib.
Qeyd edilib ki, 8 avqust görüşündən sonra Ermənistanın müvafiq orqanları baş nazirin təyyarəsinin keçməsi üçün Azərbaycana hava dəhlizi sorğusu göndərib və müsbət cavab alıb.
Erməni rəsmi bunun regiondakı kommunikasiyaların açılması istiqamətindəki praktiki addım kimi qiymətləndirildiyini deyib.
Baqdasaryan həmçinin deyib ki, artıq Azərbaycan təyyarələri də uzun müddətdir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında uçuşlar edərkən Ermənistna hava məkanından istifadə edirlər.
Sizin rəyiniz