6 sentyabr 2025 - 12:49
BMT-nin sözçüsü: BHFP üzvləri diplomatiyanı gücləndirmək üçün mövcud fürsətdən istifadə etməlidirlər

Təbii ki, “bildiyiniz kimi, BMT BHFP-nın üzvü deyil”, lakin “BMT-nin Baş katibinin mesajı ondan ibarətdir ki, İran və BHFP-na üzv dövlətlər bu fürsətdən diplomatiyanı intensivləşdirmək (yolunu gücləndirmək) üçün istifadə etməlidirlər

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran, Rusiya və Çinin Təhlükəsizlik Şurasına və BMT Baş katibinə məktubuna cavab olaraq BMT-nin sözçüsü Stefan Düjarrik bildirib ki, BMT Baş katibinin mesajı budur ki, Birgə Hərtərəfli Fəaliyyət Planı üzvləri diplomatiya yolunu gücləndirmək üçün bu fürsətdən istifadə etməlidirlər.

"Bu, Təhlükəsizlik Şurasının qərar verməli olduğu bir məsələdir." Təbii ki, “bildiyiniz kimi, BMT BHFP-nın üzvü deyil”, lakin “BMT-nin Baş katibinin mesajı ondan ibarətdir ki, İran və BHFP-na üzv dövlətlər bu fürsətdən diplomatiyanı intensivləşdirmək (yolunu gücləndirmək) üçün istifadə etməlidirlər”.

Eyni zamanda Cənubi Koreyanın BMT-dəki səfiri və Təhlükəsizlik Şurasının dövri sədri Nyu-Yorkda İRNA müxbirinə deyib: "2231 saylı qətnamə ilə bağlı müxtəlif fikirlər və şərhlər var. Biz bununla bağlı Təhlükəsizlik Şurasının üzvləri ilə qeyri-rəsmi müzakirə apardıq. Anladığım odur ki, hətta 2231 saylı Qətnamənin qavrayış və şərhlərində də geniş boşluq var."

Sizin rəyiniz

You are replying to: .
captcha