Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Faşist İsrail rejim ordusu son 3 həftə ərzində Qəzza sektorunda 100-dən çox robotlaşdırılmış partlayıcı qurğu tətbiq edib.
Bu arədə Qəzza sektoru hökumət məlumat yayıb.
Qeyd edilib ki, uşaq qatili İsrail rejim hərbçiləri 13 avqustdan bəri Qəzza şəhərində yerüstü əməliyyat keçirir və dinc fələstinli ailələrə qarşı soyqırımı və kütləvi qətliamlar törədir.
Faşist İsrail rejim ordusu Qəzza sakinlərini sistematik şəkildə köçə məcbur etməklə yanaşı, həm də məsafədən idarə etməklə günahsız sakinlərin yaşadığı küçələrdə və yaşayış məhəllələrində partlayışlar törədir. Bundan da başqa, işğalçı rejimin hərbi təyyarələri bölgəni 70 dəfədən çox bombardman da edib.
Nəticədə 21 gün ərzində 1 100 günahsız Qəzza sakini İsrail faşistləri tərəfindən qətlə yetirilib, 6 008 nəfər isə yaralanıb. Bu isə, gündəlik olaraq, 52 qətl və 286 yaralı deməkdir.
Sizin rəyiniz