Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: South China Morning Post xəbər verir ki, Çinli tədqiqatçılar uzaq ərazilərdə xidmət sürətini 5000 dəfə artıra bilən dünyanın ilk 6G çipini təqdim ediblər.
Pekin Universiteti və Honq-Konq Şəhər Universitetinin alimləri tərəfindən hazırlanmış “bütün frekanslı” 6G çipinin ucqar ərazilərdə tez-tez istifadə olunan frekanslar da daxil olmaqla, bütün simsiz spektrdə 100 Gbps-dən çox mobil internet sürətini çatdırmaq qabiliyyətinə malik olduğu bildirilir. Bu çip 50GB həcimli 8K kyfiyyətli filmi bir neçə saniyə ərzində ötürməyə qadirdir.
Yeni 6G çipi müxtəlif frekansları idarə edən çoxsaylı sistemi əvəz edərək, bütün frekans spektrini (0,5 GHz-dən 115 GHz-ə qədər) 11 mm-in 1,7 mm-rə olan ölçüdə kiçik bir çipə inteqrasiya edir. Bu da, çipin aşağı və yüksək frekans diapazonlarında problemsiz işləməsinə imkan verir.
Sizin rəyiniz