26 avqust 2025 - 17:44
İran və Rusiya Qafqazda təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr aparır

Məlumata görə, Rusiya müdafiə nazirinin müavini Cəlalinin Rusiya-İran əlaqələrinin inkişafına verdiyi böyük töhfəyə görə təşəkkür edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiya Müdafiə Nazirliyi bildirib ki, R.F müdafiə nazirinin müavini ilə İranın Moskvadakı səfiri arasında keçirilən görüşdə Cənubi Qafqaz da daxil olmaqla beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə edilib.

TASS-ın məlumatına görə, Rusiya Federasiyası müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin və İran İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali ikitərəfli hərbi əməkdaşlığın bir sıra cari məsələlərini və onların həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.

Məlumata görə, Rusiya müdafiə nazirinin müavini Cəlalinin Rusiya-İran əlaqələrinin inkişafına verdiyi böyük töhfəyə görə təşəkkür edib.

Rusiya Müdafiə Nazirliyi əlavə edib: Görüş dostluq və etimad mühitində keçib və həmçinin Moskva ilə Tehran arasında strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün qarşılıqlı öhdəlikləri təsdiqləyib.

Tags

Sizin rəyiniz

You are replying to: .
captcha