24 avqust 2025 - 19:51
İrlandiya prezidenti BMT-ni Qəzzaya hərbi müdaxilə etməyə çağırdı

İrlandiya prezidenti, BMT-nin Qəzzada rəsmi aclıq və susuzluq elan etməsindən sonra sionist rejimini pisləyib və Qəzzəyə humanitar yardımların çatdırılmasını təmin etmək üçün beynəlxalq qüvvələrin müdaxiləsini istəyib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İRNA-nın bazar günü sionist rejiminin “Jerusalem Post” qəzetinə istinadən verdiyi məlumata görə, İrlandiya prezidenti Maykl Hiqqins Qəzza zolağına humanitar yardımın çatdırılmasını təmin etmək üçün BMT-ni beynəlxalq qüvvə yaratmağa çağırıb.

Hiqqins İrlandiya Milli Televiziyasına müsahibəsində sionist rejim tərəfindən Qəzza zolağında fələstinlilərin soyqırımını dünya tarixində “kədərli dövr” və demokratiya üçün təhlükə kimi qiymətləndirib.

O, daha sonra BMT Nizamnaməsinin VII fəslinə işarə etdi, bu fəsil Təhlükəsizlik Şurasına dünyada münaqişələrin həlli üçün hərbi gücdən istifadəyə icazə vermək üçün yeganə səlahiyyət verir.

Yardımın Qəzzaya çatmasını təmin etmək üçün Higgins deyib: “Baş Assambleyanın komitəsinin müəyyən faizi bunu dəstəkləsə, hətta Təhlükəsizlik Şurası veto hüququndan istifadə edərək yardımın qarşısını alsa belə, Baş katib beynəlxalq qüvvələrin yaradılmasını tələb edə və humanitar yardımların çatdırılmasına zəmanət verə bilər.”

Hiqqins bu müsahibəsində sionist rejimin İordan çayının qərb sahilinin ərazi bütövlüyünü işğaletmək üçün atdığı addıma işarə edərək, “yiyəsiz dünya”nın “demokratiya üçün ən ciddi təhlükə” olduğunu vurğulayıb.

Sizin rəyiniz

You are replying to: .
captcha