24 avqust 2025 - 20:21
Sionist rejim qlobal təcriddə / Faşist İsrailə qarşı gizli və sürünən sanksiyalar gücləndirilir

Sionist mənbələr aşkar ediblər ki, təxminən iki ilə yaxın Qəzza müharibəsi və humanitar fəlakət böhranının şiddətlənməsindən sonra sionist rejim gizli qlobal embarqo ilə üzləşib və onun ticarəti, investisiyaları, elmi araşdırmaları və xarici əlaqələri üzərində dərin mənfi nəticələrə səbəb olub.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: “Kalkalist” iqtisadi platforması qanunsuz İsrail rejim mənbələrinə istinadən yayıb: “Sionist rejim Qəzzada törətdiyi cinayətlər və humanitar fəlakət böhranının genişlənməsi səbəbindən digər ölkələrin səssiz və qeyri-rəsmi sanksiyaları ilə üzləşib.”

Kalkalist qeyd edib: “Humanitar fəlakət böhranının eskalasiyası ilə yanaşı, son bir neçə ayda İsrail şirkətləri ilə işgüzar əməkdaşlığın dayandırılması, müqavilələr imzalamaqdan imtina və ya yazışmalara cavab verməkdən çəkinmək kimi çoxsaylı hallar qeydə alınıb.”

Sionist qəzet qeyri-leqal İsrail rejimini aparteid dövründə Cənubi Afrika ilə müqayisə edərkən yazıb: “Necə ki, dünya 1980-ci illərdə Afrika aparteid hökumətinə arxa çevirdi, İsrail də bu gün dünya ölkələrinin İsraillə əlaqələr qurmasında tərəddüd etməsini, dolayı sanksiyalar və daimi təcridləşməni yaşayır.”

Bu qəzet Qərb və Ərəb ölkələri tərəfindən sionist rejiminə tətbiq edilən gizli və sürünən boykotunun təhlükəli fenomeninə toxunaraq qeyd edib: “Beynəlxalq investisiya fondları İsraildəki investisiyalarını bağlayıb, beynəlxalq banklar isə İsrail şirkətləri ilə əməkdaşlığı dayandırıb. Bundan əlavə, beynəlxalq ticarət şirkətləri İsrailə qarşı səssiz sanksiyalar səbəbindən fəaliyyətlərini azaldıblar və sionist rejimə mal ixracı çox ləng tendensiya ilə üzləşir.”...

Sizin rəyiniz

You are replying to: .
captcha