11 avqust 2025 - 18:14
New York Times faşist İsrail rejimin iki il təkrarladıqları iddialarını rədd etdi

Faşist İsrail rejiminin təxminən iki ildir bu “arqumentdən” istifadə etdiyini qeyd edən səlahiyyətlilər, "Lakin İsrail ordusu HƏMAS-ın bu yardımı sistemli şəkildə oğurladığına dair heç vaxt sübut tapmayıb" deyərək bildiriblər.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Sionist İsrail ordusunun HƏMAS-ın Qəzzaya gələn yardımları sistemli şəkildə oğurladığına dair etdiyi iddialarına heç bir dəlil tapmadığı bildirilir.

New York Times (NYT) ilə danışan və adının çəkilməsini istəməyən işğalçı İsrail rejim rəsmiləri, bu qaniçən rejimin Qəzzaya yardım axınına mane olmaq üçün uzun müddətdir istifadə etdiyi "Həmas sistematik olaraq yardım oğurlayır" iddiasına toxunub.

Faşist İsrail rejiminin təxminən iki ildir bu “arqumentdən” istifadə etdiyini qeyd edən səlahiyyətlilər, "Lakin İsrail ordusu HƏMAS-ın bu yardımı sistemli şəkildə oğurladığına dair heç vaxt sübut tapmayıb" deyərək bildiriblər.

Rəsmilər həmçinin qeyd ediblər ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Qəzzada qurduğu yardım paylama sistemi indiki ilə müqayisədə çox daha sistemli və səmərəlidir.

Sionist rejim rəsmiləri, ordunun "Həmas yardım oğurlayır" iddiası ilə bağlı araşdırma aparıldığını və heç bir dəlil tapılmadığını bildiriblər. Onlar əlavə ediblər ki, məsələ sionist İsrail rejimin baş naziri Binyamin Netanyahunun hərbi müşaviri ilə müzakirə olunub.

Görüş zamanı BMT-nin yardımının qarşısının alınması və Qəzzaya Humanitar Yardım Fondunun (GHF) regionda paylanmasına cavabdeh olan yeganə təşkilat olması ilə bağlı narahatlıqlarını ifadə edən sionist rəsmilər, lakin hökumətin bu fikri rədd etdiyini qeyd ediblər.

İsrailin soyqırım hücumları və humanitar yardımı məhdudlaşdıran sıx mühasirə altında olan Qəzza zolağı geniş yeyinti məhsullarının, su, dərman, tibbi ləvazimat və gigiyena ləvazimatlarının çatışmazlığı ilə humanitar fəlakət yaşayır.

Qəzza zolağında xüsusilə uşaqlar arasında aclıqdan ölənlərin sayı artır.

Yerli və beynəlxalq dairələr bildirirlər ki, soyqırım törədən İsrail faşist rejimi “aclıq və susuzluqdan silah kimi” istifadə edir.

Mülki infrastrukturu da yerlə-yeksan edən və Qəzzanın 88 faizini dağıdan qatil İsrail ordusu, sığındıqları bölgələrdə deportasiya əmrləri ilə didərgin düşən fələstinliləri tez-tez hədəfə alır.

Təxminən 2 milyon 300 min nəfər olan Qəzzanın əhalisinin sionist İsrail rejimin hücumları və deportasiya əmrləri ilə didərgin düşmüş 2 milyon nəfərə çatdığı və bir çox insanın dəfələrlə öz yurdundan didərgin düşdüyü bildirilir.

Əsas ləvazimatlardan məhrum olan məcburi köçkün fələstinlilər müvəqqəti çadırlarda və ya gigiyena ləvazimatlarının az olduğu, lavaboların qeyri-kafi olduğu və yoluxucu xəstəliklərin tüğyan etdiyi həddən artıq izdihamlı məktəblərdə sağ qalmaq üçün mübarizə aparır

Soyqırım törədən İsrail faşisdt rejim ordusu isə hər gün məcburi köçkünlərin çadırlarını və mülki sığınacaqları bombalayaraq hücumlara başlayır.

Sizin rəyiniz

You are replying to: .
captcha