Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Prezident İran Konstitusiyasının 176-cı maddəsinə istinadən imzaladığı fərmanla Əli Laricanini Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edib.
Prezident Dr. Məsud Pezeşkian bu fərmanda Ali Milli Təhlükəsizlik Şurasının katibindən tələb edib ki, katibliyin işlərinin düzgün və uzaqgörən nəzarət altında icra olunmasına, əlaqədar qurumlarla əlaqə yaradılmasına xüsusi diqqət yetirsin.
Həmçinin milli təhlükəsizliyə dair məsələlərin və risklərin, xüsusilə yeni və texnoloji təhdidlərin izlənməsi və prioritetləşdirilməsi, strateji anlayışların yenidən müəyyənləşdirilməsi və milli təhlükəsizlik məsələlərinə uyğun ağıllı və xalq-mərkəzli yanaşmanın formalaşdırılması istiqamətində fəaliyyət göstərsin.
Bütün bunlar, ümumi siyasətlərin və Ali Rəhbərin göstərişlərinin həyata keçirilməsi, eləcə də ölkədə milli, regional və beynəlxalq səviyyələrdə davamlı təhlükəsizliyin təmin olunması məqsədini daşıyır.
Sizin rəyiniz