LƏBBEYKƏ YA XAMENEİ LƏBBEYKƏ YA HÜSEYNDİR!
Moskvada Şiə əzadarları Hüseyni şövqilə zülmə qarşı mübarizədə İmam Xameneilə beyət etdilər \ Video
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Rusiyada builki Məhərrəmlik hər zamankından fərqli oldu. Əbu Abdullah (ə) məktəbinin aşiqləri Məhərrəm ayının ilk ongünlüyünün Moskva və Rusiyanın digər şəhərlərində, xüsusilə də Şiə şəhəri Dərbənddə Məscid və Hüseyniyyələrdə keçirilən sinə döymə və əzadarlıq mərasimlərində şövqlə iştirak edərək, sionist rejimin İrana hərbi təcavüzündə Şəhid olanların xatirəsini ehtiramla yad ediblər. Əzadarlar ləbbeyk deyərək, İmam Xamenei ilə zülmə qarşı həmrəylik və müqavimət paktı imzalayıblar.
Sizin rəyiniz