9 iyun 2025 - 13:10
Video | Qananın paytaxtında ABNA Xəbər Agentliyinin regional ofisinin açılışı

Ayətullah Rza Ramazani: ABNA Xəbər Agentliyi rassionallıq, mistik və mənəviyyat, kəramət və ədalət oxu üzərində  qurulmuş bir xəbər agentliyidir. Və bu sözün həqiqi mənasında dünyanın arzuladığı və müştaq olduğu bir istəkdir...

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qananın paytaxtı Akkra şəhərində Ümumdünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyasının baş katibi Ayətullah Rza Ramazaninin iştirakı ilə ABNA Xəbər Agentliyinin Qanadakı regional ofisinin açılış mərasimi keçirilib.

Mərasimdə ilk öncə Qana İslam Universitetinin sədri Höccətüli-İslam Doktor Kəmal İzzət çıxış ediblər.

Daha sonra İran İslam Respublikasının Akkaradakı Mədəniyyət Rayizəni-attaşesi Doktor Heşməti çıxış edərək ilkin xəbərlərin təqdim edilməsinin müsəlman dünyasının hədəflərinə çatmasında köməklik edəcəyini açıqlamışdır.

Sonra isə ABNA Xbər Agentliyinin məsul müdiri cənab Sədrai Arif çıxış edərək, ABNA Xəbər Agentliyinin ofisi Qərbi Afrikada fəaliyyətinə başlayacağını bildirmişdir.

Sonda Ümumdünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyasının baş katibi Ayətullah Rza Ramazani çıxış edərək bildirmişdir: ABNA Xəbər Agentliyinin bu məntəqədə təsis edilməsi şübhəsiz ilk növbədə Qana höküməti üçün mühüm rol oynayabilər. Çünki ABNA Xəbər Agentliyi rassionallıq, mistik və mənəviyyat, kəramət və ədalət oxu üzərində  qurulmuş bir xəbər agentliyidir. Və bu sözün həqiqi mənasında dünyanın arzuladığı və müştaq olduğu bir istəkdir...

Sizin rəyiniz

You are replying to: .
captcha