4 iyun 2025 - 08:56
Bəhreynin vəhhabi Xəlifə sülalə rejiminin repressiya maşını geri qayıdır; vəhhabi rejimin Şiə xalqna qarşı müharibəsi davam edir

Bəhreynin vəhhabi Xəlifə sülalə rejimi bir daha təhlükəsizlik tədbirlərini gücləndirərək, ölkənin 95%-ni təşkil edən Şiələrə qarşı yeni repressiya dalğası, həbslər və sərt məhdudiyyətlər tətbiq edir; illərdir rejimin sağ qalmasının əsas sütunlarından birinə çevrilmiş bu yanaşmanın aqibəti necə olacaq?!.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Miraet Əl-Bəhreyn xəbər verir: “Bəhreyn rejimi öz xalqı ilə polis və repressiv yanaşma ilə münasibət qurur. Nəzarət, təqib, yoxlanış və həbs; Vətəndaşların gündəlik həyatının bir hissəsinə dönmüş sözlər, hökumət gücünü qorumaq üçün təhlükəsizlik vasitələrinə arxalanmağa davam edir.”

Son bir ayda vəhhabi Xəlifə sülalə rejimi təhlükəsizlik repressiyasının yeni dalğasını yaratdı; kütləvi həbslər, çağırışlar və hətta tamamilə dinc ictimai toplantılara vəhşicəsinə hücumlar həyata keçirdi.

Bu repressiya təkcə küçə və xiyabanıarla məhdudlaşmır, həm də ictimai fəaliyyətlərə, o cümlədən ömürlük həbs cəzasını çəkən tanınmış Bəhreyn müxalifət lideri Şeyx Əli Salmanın ailəsinə baş çəkmək və hətta sosial şəbəkələrdə paylaşımları da əhatə edib.

Problem ondadır ki, rejim bu təhlükəsizlik yanaşmasından yorulmayıb; təqsirsiz olduğunu və cinayət törətmədiyini sübut etməyə məcbur edilən vətəndaşlarla daim təqsirləndirilən şəxs kimi rəftar edir.

Bəhreynə zor gücü ilə hakim kəsilmiş vəhhabi Xəlifə sülaləsinin rəsmiləri tez-tez başqaları ilə birgə yaşamaq və dialoqdan danışsalar da, reallıq bu iddiaların əksini göstərir.

Daxili İşlər Nazirliyinin bilavasitə tabeliyində olan dövlət və təhlükəsizlik orqanlarının fəaliyyətinə aşağıdakılar daxildir:

* Hüquq müdafiəçilərini, dissidentləri, jurnalistləri və hətta din xadimlərini sadəcə fikirlərini ifadə etdiklərinə görə həbs etmək.

* İstintaq təcridxanalarında məhbuslara qarşı işgəncə və pis rəftar.

* İsrailin “Pegasus” proqramı kimi alətlər vasitəsilə rəqəmsal casusluq.

* Müstəqil media və hökumətə uyğun olmayan internet saytlarının filtrasiyası.

* İfadə azadlığına və siyasi fəaliyyətə qarşı repressiv qanunların qəbulu.

* Təhlükəsizlik və hərbi qurumlarda ölkənin 95%-ni təşkil edən Şiələrə qarşı dini ayrı-seçkilik.

* Siyasi opponentlərdən və fəallardan vətəndaşlığın ləğvi.

* Müxalifət partiya və qruplarının ləğv edilməsi və onların fəaliyyətinə qadağa qoyulması.

Bu duruma baxaraq, belə bir sual yaranır: Bəhreyn xalqı dəyişiklik ümidini itiribmi? Bəhreyn Şiə xalqının bu suala cavabı, bir mənalı olaraq yox və “xeyr” deməkdir. Xalq əvvəldə olduğu kimi yenə də real dialoq, ədalət, bərabərlik və islahatlar tələb etməkdə davam edirlər; etiraz səslərinə görə repressiya və həbslərə də yox deyirlər.

Sizin rəyiniz

You are replying to: .
captcha