31 may 2025 - 21:31
Əlcəzair S-400 sistemini təqdim etdi

Əlcəzair Müdafiə Nazirliyi ilk dəfə olaraq Rusiyanın S-400 müdafiə sistemini təqdim edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Mehr Xəbər Agentliyinin Sputnik-ə istinadən verdiyi məlumata görə, Əlcəzair Müdafiə Nazirliyi ilk dəfə olaraq Rusiyanın S-400 müdafiə sistemini nümayiş etdirib.

Əlcəzair dünyada bu qabaqcıl sistemə sahib olan dördüncü ölkədir.

Əlcəzair ordusunun keçirdiyi “Davamlılıq 2025” təlimində Rusiya sistemi nümayiş etdirilib.

S-400 sistemi 600 kilometrə qədər hədəfləri, 380 kilometrə qədər isə təyyarə və raketləri hədəfə alır.

Bu rus raket sistemi Əlcəzairin hava məkanının qabaqcıl müdafiəsini təmin edir.

Sizin rəyiniz

You are replying to: .
captcha