31 may 2025 - 19:24
Bambılı Tramp Çinə qarşı mövqe nümayiş etdirdi

Çin və ABŞ arasında fikir ayrılıqları Trampın dünya ölkələrindən, xüsusən də Çindən idxal olunan mallara ağır tariflər tətbiq edəcəyini açıqlamasından sonra daha da güclənib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Mehr Xəbər Agentliyinin “Rossiya El-Youm”a istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp cümə günü sosial mediada Çinlə ticarət gərginliyinin yenidən bərpasına işarə edib:

“Bu ölkə ABŞ-la bağladığı müqaviləni tamamilə pozub.”

Trampın yazısı, ABŞ Maliyyə Nazirinin Pekinlə ticarət danışıqlarının demək olar ki, uğursuzluğa düçar olduğunu deməsindən bir neçə saat sonraya təsadüf edib.

Tramp tezliklə Çin prezidenti ilə danışacağını gözlədiyini bildirib.

The Wall Street Journal həmçinin bildirdi ki, tarifləri azaltmaq üçün razılaşmanın açarı Çinin nadir torpaq ixracını bərpa etməsi tələbidir.

Çin və ABŞ arasında fikir ayrılıqları Trampın dünya ölkələrindən, xüsusən də Çindən idxal olunan mallara ağır tariflər tətbiq edəcəyini açıqlamasından sonra daha da güclənib.

Sizin rəyiniz

You are replying to: .
captcha