Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Pakistanın cənub-qərbində bomba yüklü avtomobil partladılaraq məktəbli uşaqları daşıyan avtobusla toqquşması nəticəsində azı 4 uşaq şəhid olub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə zamanı daha 38 nəfər də yaralanıb. Bu kamikadze partlayışı Bəlucistan əyalətinin Xuzdar şəhərində baş verib.
Region rəsmisi Yasir İqbal hücumda uşaqları məktəbə aparan avtobusun hədəf alındığını bildirib.
Partlayışa görə məsuliyyəti hələ heç bir qrup öz üzərinə götürməyib, baxmayaraq ki, əvvəllər qeyri-sabit bölgədə təhlükəsizlik qüvvələrini və mülki insanları hədəfə alan Bəluc separatçı azlığı əsas şübhəlilərdir.
Pakistanın Bəlucistan bölgəsi uzun müddətdir ki, üsyançı qruplar və silahlı hücumlar, o cümlədən “Bəlucistan Azadlıq Ordusu” terror qruplaşması üçün döyüş meydanı olub. Bu terror qruplaşmasına bağlı silahlı ünsürlər ötən ilin sonlarında sərnişin qatarına hücum və sərnişinlərin girov götürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Sizin rəyiniz