ALİM ÖLƏRSƏ ALƏM ÖLƏR!
Ayətullah Rəisi, İİR XİN-i Əmir Abdullahian və Xidmət Şəhidlərinin ildönümü münasibətilə Mehdi Rəsulinin HARDASAN? Video-klipi
Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: 19 May, 2024-cü il, Tehran vaxtı ilə Zöhr namazından sonra, günorta saatlarında, dünyanı şokasalan bir xəbər yayıldı. İran İslam Respublikasının möhtərəm və zəhmətkeş Prezidenti Seyyid İbrahim Rəisinin vertolyotu Vərzaqan rayonunun Dizmar qoruq bölgəsində qəzaya uğradı. 13-cü hökumətin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycanın keçmiş qubernatoru Malik Rəhməti və Təbrizin İmam Cüməsi Seyyid Məhəmməd Əli Ali-Haşim də hamılıqla Prezidentin olduğu vertalyotda Şəhid oldular. Həmçinin bu hadisədə Prezidentin Mühafizə Birliyinin komandiri Seyyid Mehdi Musəvi ilə birlikdə uçuş heyəti üzvləri kimi Seyyid Tahir Mustəfəvi, Möhsün Dəryanuş və Behruz Qədimi də şəhid oldular. Xidmət şəhidlərinin və Ayətullah Seyyid İbrahim Rəisinin şəhadətinin ildönümü münasibətilə Mehdi Rəsuli ifa etdiyi "Hardasan" adlı nəğməsinin videoklipini yayımladı.
Sizin rəyiniz