Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan Səhiyyə Nazirliyinin məlumatına görə, hücum ölkənin cənubundakı Qaqaiyatu əl-Cisr bölgəsində baş verib və bir nəfərin şəhid olması ilə nəticələnib. Livan mediası bu hücumda “Hizbullah”ın səhra komandiri Hüseyn Məlhəmin adını Şəhid kimi dərc edib.
Digər tərəfdən qaniçən faşist yəhudi rejiminin 12 telekanalı rejimin təhlükəsizlik rəsmisinə istinadən əməliyyatın hədəfinin yüksək səviyyəli Hizbullah rəsmisi olduğunu açıqlayıb.
Faşist İsrail Ordusu Radiosu da Qaqaiyatu əl-Cisr bölgəsində bir avtomobilə hücumu təsdiqləyib, lakin əlavə məlumat verməkdən imtina edib.
Faşist yəhudi rejiminin hücumları və atəşkəs pozuntuları artıb
Keçən noyabr ayından etibarən qüvvədə olan atəşkəs razılaşmasına baxmayaraq, faşist İsrail ordusu Livanın cənubunda davamlı olaraq hücumlar həyata keçirir. “Anadolu” agentliyinin məlumatına görə, rejim başladığı gündən bəri atəşkəs rejimini ən azı 2777 dəfə pozub. Bu hücumlar ən azı 199 nəfərin ölümü və 490-dan çox insanın yaralanması ilə nəticələnib.
Livan ordusu razılaşmaya əsasən hələ də Livanın cənubunda yerləşir, lakin faşist İsrail rejimi bu ilin fevralın 18-dək geri çəkilmək öhdəliyindən imtina edib və Livanın cənubundakı beş strateji təpəni işğal altında saxlamağa davam edir.
Sizin rəyiniz