Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Amerikanın NBC şəbəkəsi amerikalı rəsmiyə istinadən bildirib ki, ötən mart ayından bəri Yəməndə Ənsar Əllaha qarşı müharibə ABŞ-a 1 milyard dollardan çox ziyan vurub.
Mənbə minlərlə bomba və raketdən istifadə edildiyini, əməliyyat zamanı 7 pilotsuz təyyarənin vurulduğunu, iki döyüş təyyarəsinin məhv edildiyini qeyd edib.
Amerika rəsmisi bildirib ki, Tramp administrasiyası açıq şəkildə bu kampaniyadan çıxış yolu axtarır.
O əlavə edib: “Hücumların nəticələrini izləmək üçün göndərilən pilotsuz təyyarələr yəmənlilər tərəfindən vurulduğundan bu hücumların uğurunu qiymətləndirmək çətindir.”
Mənbə əlavə edib ki, Yəmən torpaqlarında əməliyyatın effektivliyini yaxından izləyə biləcək heç bir Amerika qüvvələri yoxdur.
Sizin rəyiniz