Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Livan Hizbullahı Yəmən silahlı qüvvələrinin İsrail rejiminin mərkəzində yerləşən Ben Qurion hava limanını hədəf alan xüsusi əməliyyatını qiymətləndirərək, bəyanat yayıb: “Sionist rejim və ABŞ-ın bütün müdafiə sistemlərindən yan keçən bu əməliyyatda Yəmən raketi hədəfini yüksək dəqiqliklə vurdu və rejimin illərlə qurduğu qorxu və sarsıntı heybətini darmadağın etdi.”
Bəyanatda deyilir:
“Bu qəhrəmancasına hücum Amerika və İngiltərənin Yəmənə qarşı təcavüzünün uğursuzluğunu bir daha sübut edir və onların Yəmən xalqının möhkəm iradəsini qırmaq və ya Qəzzəyə dəstək vermək üçün onları öz şərəfli mövqeyindən geri çəkilməyə məcbur etməkdə aciz olduqlarını sübut edir. Bu, Yəmənin Qəzzə zolağının mühasirəsini yarmaq və sionist düşmənin günahsız dinc əhaliyə qarşı soyqırım müharibəsi ilə üzləşmək səylərinin göstəricisidir.
Sevimli Yəmən xalqının və onun müdrik və cəsarətli rəhbərliyinin davam edən təcavüz və şiddətli mühasirələrə baxmayaraq, Qəzzə və onun mübariz xalqını dəstəkləməkdə sabit və səbatlı mövqeyi millətin bütün azad insanları üçün qürur və şərəf mənbəyi və bütün ərəb və İslam hökumətləri və xalqları üçün bir arqumentdir. Və şəraitdən asılı olmayaraq hamının Qəzzaya və onun xalqına dəstək olmaq üçün əlindən gələni etmələrini tələb edir.
Sizin rəyiniz