Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Süleymaniyyə təhlükəsizlik qüvvələri İranın əks-inqilabçı qruplarını Zərquz, Baneh Qore və Koula Raheşdəki qərargahlarını boşaltmağı əmr edib.
Bu barədə “Komala” terrorçu qrupunun üzvü Amjad Hüseyn Pənahi deyib: “Süleymaniyyənin təhlükəsizlik qüvvələri bu üç qərargahı boşaltmağımız üçün bizə rəsmi xəbərdarlıq etdilər və biz təxliyyə etməsək, bu qərargahı boşaltmaq üçün güc tətbiq edəcəklər.”
Bununla bağlı Süleymaniyyə təhlükəsizlik qüvvələrinin sözçüsü polkovnik Salam Əbdül Xaliq deyib:
“Bu tədbirlər Kürdüstan bölgəsindəki anti-İran kürd partiyaları ilə bağlı Bağdad və Tehran arasında təhlükəsizlik razılaşmasının icrası istiqamətində həyata keçirilir. Düşərgələrin boşaldılması üçün onlara verilən müddət bu ayın əvvəlində başa çatsa da, ailələrinin bu düşərgələrdə olması səbəbindən bu müddət uzadılıb və indi onların “Surdaş” düşərgəsinə köçürülməsi üçün cəmi 10 gün qalıb.”
Sizin rəyiniz